İnsanları lağa qoymaq günahdır.

24 Aralık 2014
1 655
0
İnsanları lağa qoymaq günahdır.
İnsanları lağa qoymaq günahdır.

Ey iman gətirənlər! Bir qövm digərini lağa qoymasın. Ola bilsin ki, onlar o birilərindən lağa qoyanlardan daha yaxşı olsunlar. Qadınlar da bir-birinə. Bəlkə, onlar o birilərindən daha yaxşıdırlar. Bir-birinizə tənə etməyin və bir-birinizi pis ləqəblərlə (ey kafir, ey fasiq, ey münafiq və i. a.) çağırmayın.” (Hücurat, 49/11).
Cəmiyyəti təşkil edən fərdlərin qarşılıqlı münasibəti səmimiyyət üzərində qurulmalıdır. Bu səmimiyyətin dərəcəsini ölçən alət isə qəlbdir. Hz. Muhamməd (s) "Allah sizin şəklinizə və mallarınıza baxmaz. Ancaq qəlblərinizə baxar
” (Müslüm, Birr, 32) deyə buyurur. İnsan başqasının ancaq xarici görünüşü haqqında mülahizə yürüdə bilər, daxili aləmindən xəbərsizdir. Allah qatında dəyərli olan isə xarici görünüş deyil, qəlblərdəki təqvadır. Buna görədir ki, Peyğəmbərimiz (s) insanları məsxərəyə qoymaq barəsində belə buyurmuşdur: "Qardaşınla yersiz danışmaqdan çəkin və həddən artıq yersiz zarafatdan pəhriz et!
(əl-Mühəccətül-beyza, c.5, s.232).
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.