Hicablı bir qadının sonradan hicabını açmasının cəzası nədir? Geyinmiş çılpaq qadınlar kimlərdir?q

14 Ocak 2015
8 321
0
Hicablı bir qadının sonradan hicabını açmasının cəzası nədir? Geyinmiş çılpaq qadınlar kimlərdir?q
Hicablı bir qadının sonradan hicabını açmasının cəzası nədir? Geyinmiş çılpaq qadınlar kimlərdir?q

Qadının və kişinin örtmələri lazım olan yerlərini açmaları haramdır. Haram isə Allah'ın əmrinə zidd hərəkət etmək və cəhənnəm əzabını gərək dirir.
Bir müsəlman, islama uyğun olaraq örtündüyü zaman savab alar, buna uyğun olmadığı zaman da günah alar. İşlədiyi günahlara tövbə edər, bir daha eyni günahı işləməsə, Allah'ın bağışlayacağını ümid edirik.
Məsələyə bu yöndən də yanaşa bilərik: Hər şeyin ilki öyrəşmək baxımından çətin olur.Sonradan bu adət halını aldığından asanlaşır.Yəqin ki bu sözləri çoxlarımız eşitmişik:"Örtünmək istəyirəm amma edə bilmirəm, namaz qılmaq istəyirəm, amma hələ də başlaya bilmirəm". Bir insana hicab örtüb namaz qılmaq nəsib olandan sonra onun bunları tərk etməsi çox böyük nankorluq və günahdı. Şeytan da uzun illər Allah`a ibadət etmiş,amma sonra....Gəlin bizlər o xüsrana uğrayan şeytanın yolundan getməyək, əziz müsəlmanlar.
Allah Rəsulu sallallahu aleyhi və səlləm buyurmuş:
"Atəş əhlindən iki sinif vardır, hələ onları görmədim: Yanlarında inək quyruğu kimi bir şeylər daşıyıb onu insanlara vuran insanlar; geyinmiş, çılpaq qadınlar ki, bunlar Allah'a itaətdən kənara çıxmışlar. Bunlar, başqalarını da yoldan çıxararlar. Başları dəvə hörgücü kimidir. Bu qadınlar cənnətə girmək belə dursun, qoxusunu belə almazlar. Halbuki onun qoxusu bu bu qədər uzaq məsafədən hiss edilir. "[Müslim, Cənnət 53, (2857), 52, (2128)]
1. Alimlərimiz bu hədisləri, Rəsulullah'ın (əleyhissalatu vəssalam) qeybdən xəbər vermə növünə aid olan möcüzələrindən olaraq qiymətləndirmişlər. Çünki hədislərdə verilən məlumatlar qısa bir zaman sonra ortaya çıxmağa başlamışdır.
İnək quyruğuna bənzəyən şey, polis məmurlarının qamçıları kimi şərh olunmuşdur. Rəsulullah (əleyhissalatu vəssalam) 'dan bir müddət sonra, xüsusilə Əməvilər dövründə xalqa zülm edən idarəçilər az olmamışdır. Məsələ əksər hallarda "qamçılama səviyyəsi"ndə qalmayıb edama qədər çatmışdır. İmam Malik, Əhməd ibn Hənbəl, İmam Âzam kimi necə böyüklər belə bu zülmlərdən nəsiblərini almışlar. Rəsulullah (əleyhissalatu vəssalam) xalqa zülm edən insanların axşam və sabah Allah'ın hışım, qəzəb və nifrətlərinə məruz qaldıqlarını ifadə edərək onların davranışlarını lənətləmişdir.
2. Qâsiyat "geyinmiş qadınlar" deməkdir, âriyat da "çılpaq qadınlar" deməkdir. Qadın, hədisdə iki zidd vəsflə izah edilməkdədir: "Geyinmiş lakin çılpaq qadın." Alimlər, bunu fərqli şəkildə şərh edərlər:
* Bəziləri qâsiyatı Allah'ın nemətinə bürünmüş lakin şükür yönü ilə çılpaq, yəni nemətlərin şükrünü əda etməyən qadınlar deyə şərh etmişdir.
* Bir qisimi: Qadın qadınlıq yönünü ortaya qoymaq, diqqətləri çəkmək üçün, bədəninin bir hissəsini örtdüyü halda, digər bir qismini açar deyə şərh etmişdir.
* Bir qisimi də bədənini göstərən şəffaf paltarlar geyənlər nəzərdə tutulmuş demişdir.
Bu şərhlərin hamısı doğrudur. İslamî təsəttürə zidd olan bütün geyimlər bu hədisdə ifadə edilmiş haldadır. İslamî təsəttür sadəcə "geyinmək" axtarmaz, geyinmənin tərzini da istəyər.
* Təyin olunan yerləri örtəcək böyüklükdə olmalıdır; əl, ayaq və üz xaric bütün bədən örtülməlidir.
*Vücud xəttlərini göstərəcək darlıqda olmamalıdır. Çox dar geyinən "geyinmiş çılpaq" hökmündədir. Qərb mənşəli modaları təqib edənlər bu hallara düşməkdədirlər.
*Paltar bədəni göstərməməlidir. Çox incə neylon və şəffaf paltar geyənlər də geyinmiş çılpaq vəziyyətindədir.
*Hədislərdə qadağan edilən bir başqa geyim şöhrət libasıdır. Yəni diqqətləri üzərinə çəkmək məqsədini güdən paltarlar. İslam əlbisəyi örtünmək üçün əmr etdiyi halda günümüzdə bir çox çevrələr əlbisəyi örtünməkdən çox diqqətləri üzərinə çəkmə vasitəsi olaraq istifadə edirlər. Bu halda bu növə girən geyimlər də geyinmiş çılpaq mənasına daxildir.
3. Mâilat: Lüğət olaraq əyilən, meyleden qadın deməkdir. Alimlər ümumiyyətlə Allah'ın göstərdiyi istiqamətdən ayrılan, yanlış istiqamətlərə meyleden deyə anlamışlar. Bəzi alimlər də bu təbirlə sağını solunu oynadaraq, nazlanaraq gedənlərin nəzərdə tutulduğunu söyləmişdir. Mümilat da başqasını yoldan çıxaran, başqasına salınarak yeriməyi öyrədən qadın mənasını verər.
4.Başlarını dəvə hörgücü kimi edəcək qadınlar təbiri xüsusilə günümüzün qadınlarını təsvir edir kimidir. Qadınlar, müxtəlif saç modaları tətbiq edərək saçlarını müxtəlif şəkillərdə bağlayaraq təpələrində hotos deyilən çıxıntılar təşkil etməkdədirlər. Mömin qadınlar geyimlərində bu hədislərin təhdidini diqqətlə nəzərə alıb cənnətin qoxusundan belə məhrum qalmaqdan qorxmalıdırlar.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.