Çörək nə üçün zərərlidir?

22 Ocak 2015
2 537
0
Çörək nə üçün zərərlidir?
Çörək nə üçün zərərlidir?


'Çörək nə qədər ağdırsa ölümün bir o qədər yaxındır'

Xüsusilə son illər taxıllar və çörəyin istifadəsi ciddi şəkildə araşdırılır. Bir çox peşəkarlar çörəyin insan orqanizmi üçün çox xeyirsiz və ziyanlı olduğunu sübut ediblər.

Çörək karbohidratla zəngindir və Qanda Şəkər səviyyəsini qaldırır.
Bəzən tam taxıl çörəkləri belə 'tam' taxıldan hazırlanmır.
Orada üyüdülmə prosesindən artıq qalmış taxıldan istifadə olunur. Baxmayaraq ki, onların tərkibində qidalandırıcı maddəlləri var, onlar çox tez həzm olunur. Onun tərkibindəki nişasta həzm sistemində tez parçalanır və qana qlükoza kimi sovrulur. Hətta tam buğda çörəyi belə qanda səkər səviyyəsini hər hansı bir şirniyyatdan daha tez qaldırır.

Çörəkdə həddindən artıq çox gluten var
Çörəyin tərkibi qluten adlanan proteinlə zəngindir.
Araşdırmalar göstərir ki, insanların əksər faizi glutenə qarşı həssasdır.
Müşahidələr göstərir ki, sağlam mədəsi olan insanlarda belə gluten həzm sisteminin divarlarına ziyan vurur, mədədə ağrılar, narahatçılıq və yorğunluğa səbəb olur.

Çörəyin tərkibində Digər zərərli maddələr var
Adətən çörəklərin əksəriyyətinin tərkibində digər istehsal olunan qidalarda olduğu kimi şəkər və fruktoza qarğıdalı siropu var. Şəkər özlüyündə sağlamlığa çox ziyandır və tərkibində şəkər olan emal olunmuş məhsullar da sağlamlığımıza ciddi təhlükə yaradır.
Bundan əlavə taxılın tərkibində qeyri qidalandırıcı maddə olan 'fitik turşusu' var.
Fitik turşusu elə bir malekuldur ki, o, dəmir, sink, kalsium kimi faydalı maddələri neytrallaşdırır və bədənə sovrulmasının qarşısını alır.

Çörəkdə əsas qidalandırıcı maddələr yox səviyyəsindədir.
Çörəkdə elə bir maddə yoxdur ki, siz onu başqa qidalarda tapmayasınız. Hətta bir böyük çörək belə, sizin düşündüyünüz qədər qidalandırıcı deyil.
Bundan əlavə çörək digər təbii məhsullarda olan faydalı maddələrin sovrulmasını azaldır.
Buğdanın lifləri bədəndəki Vitamin D bazasını qısa müddətdə azaldır və nəticədə vitamin D çatışmazlığı yaranır. Bu isə öz növbəsində şəkər, xərçəng və ölümə səbəb olur.

Tam taxıl qanda xolesterin səviyyəsini artırır
Belə bir təcrübə keçirilib: 36 kişinin yarisi tam buğda çörəyi, yarısı isə yulaf çörəyi istifadə edib. 12 həftədən sonra onıarın qanında lipid səviyyəsi yoxlanılıb.

Tam taxıl çörəyi sadəcə olaraq daha az zərərlidir, xeyirli deyil
Üyüdülmüş taxıldan hazırlanmış çörəklə müqayisə edildikdə tam taxıldan hazırlanmış çörəyin tərkibində daha çox qidalandırıcı maddə və lif var. Amma bu o demək deyil ki, ondan çox istifadə eləmək olar. Bu müqayisəni filtirli siqaretlə filtersiz siqaretin ziyanının müqayisəsinə bənzətmək olar. Əgər həyatınızda mütləq çörək olmalıdır deyirsinizsə, digər alternativlərdən istifadə edin. Daha az zərərli çörək növlərindən istifadə edin! Glutensiz çörək, yulaf çörəyi və s. kimi seçimləriniz var.


Yüngülləşməyin yolu
Çəkinizi itirmək, formanızı saxlamaq istəyirsinizsə və ya həzm problemləriniz varsa çörəyi həyatınızdan çıxardın. sağlam və faydalı qıdalardan istifadə edərək sağlamlığınızın qeydinə qalın. İllərdir insanlar belə qidalanır deyə bunu düzgün sayıb, həyat tərzinizə çevirmək düzgün deyil. Sonrakı peşmançılıq fayda verməz!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.