Tez yatmağın qaydaları »

12 Eylül 2014
2 783
0
Tez yatmağın qaydaları »
Tez yatmağın qaydaları »
1. Yataq otağınızı müqəddəsləşdirin.
Müqəddəs bir yerdəymiş kimi yataq otağınızda səliqə və səssizlik yaradın. Əlavə əşyaları çıxarın və natəmiz qoxulardan uzaq tutun. Hər həftə yataq dəstərinizi dəyişin, yastığınızı əlüstü çırpın və otağı havalandırın.
Çalışın otağınızda telefon, televizor, komputer,tablet saxlamayın. Bu cür elektron cihazlar otağı əyləncə məkanına çevirir nəinki yuxu. Onlar otağınızda olduqları müddətcə istər-istəməz fikrinizi yayındıracaqlar.
Otaqda saat varsa dərhal onları yox edin. Əgər sizin əvvəldən saata tez - tez baxmaq vərdişiniz varsa o zaman otaqdanda olan saatın sizə heç bir xeyri olmayacaqdır

2. Yatmazdan bir qədər əvvəl aktivliyinizi azaldın.
Yatmazdan əvvəl dincəlin. Yatmazdan ən az 1 saat əvvəl iş görməkdən qaçının. Çünki bu fəaliyyət beyni yuxuya hazırlamaq yerinə onu növbəti aktivliyə yönləndirəcəkdir. Yaxşısı budur kitab oxuyun nəinki televizora baxın və ya komputerdə oyun oynayın. Əgər kitab faydalı olmadısa o zaman yeni məlumatlarla dolu dərsliklərə müraciət edin.
Şam yeməyini daha erkən vaxtda edin. Çünki gec yeyilən yeməyin həzm prosesi yuxuya mane olur.
Yatmazdan əvvəl bütün problemlərinizi həll etməyə çalışın. Məsələn,sabah edəcəklərinizin siyahısını tutun, hər hansı problemlə qarşılaşanda necə çıxış yolu tapa bilərsiniz və s.

3. Otağı tam qaranlıq edin.
Yatmazdan əvvəl otağa düşən bütün işıqları söndürün. Bu daha tez yata bilməyiniz üçün ən yaxşı vasitədir. İşıq təkcə yuxu hormonlarının pozulmasına mane olmaz, həmçinin orqanizmi oyanmağa təhrik edər.


4. Komfortu artırın.
Sizin bədəniniz rahat olmalıdır. Dar və narahat paltarda yatmayın. Xüsusilə corab və saç broşarıyla. Yatmazdan əvvəl ayaq yoluna gedin. çünki "ehtiyac" sizi narahat edəcək, uzandıqdan sonra yenidən qalxmağa tənbəllik elədiyinizə görə yatmaq daha da çətinləşəcək.
Zövqünüzə görə fonda təbiət səslərinin əks ounduöu musiqilərdən istifadə edə bilərsiniz. Həzin və sakit musiqi sizə mane olan digər səslərdən canınızı qurtaracaq.

5. Yatış pozası
Yatanda düzgün formanı seçin. Yan ya da arxası üstə yatın. Çalışın yastıq başınızı nisbətən yuxarı qaldırsın.


6. Sizə yatmağa mane olan insanla probleminizi həll edin
Sadəcə başqa otaqda yatın
Mübahisəni sabaha saxlayın. Əgər problem xoruldamaqdırsa bunun üçün xeyirli dərmanlar var.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.