Körpələrinizlə divanda yatmayın

18 Ekim 2014
2 044
0
Körpələrinizlə divanda yatmayın
Körpələrinizlə divanda yatmayın


Uşaqla daha yaxşı necə yatmaq kifayət qədər ziddiyyətli məsələdir. Amerikanın Pediatriya Akademiyası körpənin yatağını ayırmağı tövsiyyə edir. Bunun körpə üçün faydalarını qeyd edir.

Məlumatına görə, yeni araşdırma göstərib ki, körpə ilə divanda birlikdə yatmaq kifayət qədər risklidir.

Amerika Pediatriya Akademiyasının məlumatına görə, körpənin yatması üçün daha təhlükəsiz yer valideynin otağındakı ayrıca yataqdır. Bu yaxınlarda aparılan araşdırma göstərib ki, valideynlərlə eyni yataqda yatmaq körpə üçün gözlənilməz ölüm riski yaradır.

Xəstəliklərə nəzarət və onların qarşısının alınması üzrə mərkəzlərin məlumatlarına görə, ani uşaq ölümü sindromu uşaqların təhlükəsiz olmayan yerlərdə yatmaları ilə əlaqələndirilir.

Alimlər 2004-cü ildən 2012-ci ilə qədər ABŞ-ın 24 ştatında ani uşaq ölümlərini araşdırıblar. Məlumatların araşdırılmasından sonra məlum olub ki, 9073 yuxuda ölüm halı körpə divanda yatarkən baş verib. Bu rəqəm isə ümumi yuxuda ölüm saylarının 12%-ni təşkil edir. Ölən uşaqların 72%-nin isə yaşı üç aydan artıq olmayıb. Həmin uşaqların əksəriyyəti üzüqoylu yatıb.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.