Şokolad xoşlayanlara 7 YAXŞI XƏBƏR

20 Nisan 2021
2 104
0
Şokolad xoşlayanlara 7 YAXŞI XƏBƏR
Şokolad insan sağlamlığına çox müsbət təsir edir. Qara şokolad şokoladların ən faydalısı sayılır. Gün ərzində şokolad plitkasının 1/3 hissəsini (30 qr) yemək olar.

Feat.Az
şokoladın faydalarını təqdim edir:

1. Şokolad ürək üçün çox xeyirlidir - ürəyin funksiyalarını yaxşılaşdırır, qan dövranına müsbət təsir edir.

2. Şokolad aterosklerozun və damarlarda trombların əmələ gəlməsinin qarşısını alır. Bu isə infarkt və insultun profilaktikası üçün çox vacibdir.

3. Şokolad sinir sistemini stimullaşdırır. Əqli fəaliyyətlə məşğul olan insanlara bu məhsul olduqca böyük xeyir gətirə bilər. Şokolad yaddaşı yaxşılaşdırır, stress və depressiyadan çıxmağa kömək edir.

4. Şokolad insanın əhval-ruhiyyəsini yaxşılaşdırır, onun əmək qabiliyyətini yüksəldir.

5. Kalsiumla zəngin olan şokolad sümüklər üçün çox faydalıdır.

6. Şokolad antioksidantlarla olduqca zəngindir. Antioksidantlar orqanizmdə qocalma proseslərini ləngidir, bir çox xroniki xəstəliklərin inkişafının qarşısını alır, xərçəngin riskini azaldır.

7. Şokolad dəriyə çox müsbət edir - dərini daha yumşaq, zərif və cavan edir. Bu səbəbdən şokolad kosmetologiyada çox geniş istifadə olunur.
Mənbə:saglamolun.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.