Tez qocalmaq istəmirsinizsə, bu vərdişləri tərgidin

06 Nisan 2017
1 611
0
Tez qocalmaq istəmirsinizsə, bu vərdişləri tərgidin
Gənc qalmaq hər xanımın arzusudur. Bu arzunu gerçəkləşdirmək üçün xanımlar müxtəlif vasitələrə əl atırlar. Təbii ki, gənc görünmək daha çox genetik quruluşla əlaqədardır. Ancaq gündəlik həyatda edilən bəzi davranışlar da erkən yaşlanmaya gətirib çıxara bilər. Feat.Az erkən yaşlanmağa səbəb olan bəzi davranışlarla sizi tanış edir. Əgər sadaladıqlarımızdan sizə tanış gələni varsa, elə bu andan etibarən onları tərgidin.

Saçları atquyruğu yığmaq

Atquyruğu saç tərzini çox sevmiş ola bilərsiniz. Ancaq hər gün saçı bu formada yığmaq saç sağlamlığına ciddi zərər verir. Hətta bu vəziyyət gələcəkdə saçların tökülməsinə və keçəllik probleminə səbəb ola bilər.

Çox süd içmək

Təbii ki, südü tamamilə həyatınızdan çıxarmayın. Lakin həddini də aşmayın. Çox süd içmək yağlı və yorğun görünən dəriyə səbəb ola bilər.

Günəş kremini yalnız üzünüzə vurmayın

Günəş kremini yalnız üzünüzə vurmayın. Əllər və boyun hissəsinə də günəş kremi vurmaq lazımdır. Həmin yerlərin də sizin dəriniz olduğunu unutmayın.

Ayaqları bir-birinin üstünə atmaq


Oturarkən ayaqları bir-birinin üstünə atmaq damar sıxışmasına və varikozun yaranmasına səbəb olur. Bu cür oturmaq xüsusilə qadınlar üçün olduqca zərərli bir vərdişdir.

Yaş saçları daramaq


Saçları yaş halda daramaq tökülməyə və qırılmalara səbəb olur. Saçınızda yarana biləcək zədələrin və tökülmələrin qarşısını almaq üçün saçınızı nəm halda daramalısınız.

Gözləri ovuşdurmaq

Bu pis vərdiş kirpiklərinizin tökülməsinə və kirpik qırılmalarına səbəb olur. Eyni zamanda dərinizə ciddi mənada zərər verir.

Həddən çox nəmləndirici


Hətta dəriniz çox qurudursa, nəmləndirici krem çəkərkən həddi aşmayın. Nəticədə nəmləndirici krem də kimyəvidir və çox istifadə edildikdə tez yaşlanmanıza səbəb ola bilər.

Təzə meyvə suları

Təzə meyvə və tərəvəzlər müxtəlif antioksidantlar ehtiva edir və sərbəst radikallarla mübarizə aparırlar. Lakin suların tərkibində çox sayda fruktoza var. Şəkər molekulları qan dövranı ilə bütün hüceyrələrə çata bilir və onları yağlandırır. Ona görə də şəkərli meyvə suları əvəzinə bol kələm suyu içə bilərsiniz.
lent.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.