Qanazlığının 10 ƏSAS ƏLAMƏTİ - Vaxtında aşkarlayın!
Qanazlığı daha tez-tez qadınlarda və uşaqlarda inkişaf edir. Bu, çox ciddi pozulmadır ki, onu vaxtında aşkar etmək və aradan qaldırmaq lazımdır. Bəs qanazlığının əlamətləri nədir? Feat.Sz saglamolun.az-a istinadən onları təqdim edir.
Qanazlığının simptomları arasında:
- iş qabiliyyətinin kəskin azalması
- zəiflik, yorğunluq
- yuxululuq
- əsəbilik, əhval-ruhiyyənin tez-tez dəyişilməsi
- yaddaşın zəifləməsi
- başgicəllənməsi, bayılmalar (ağır hallarda)
- tənginəfəslik
- ürək döyünməsinin tezləşməsi
- dərinin, dırnaqların və saçların vəziyyətinin pisləşməsi - dəri solğun, dırnaqlar kövrək olur, saçlar tökülür
- qeyri-adi dadlara və iyləri (benzinin, boyanın iyi, təbaşirin, farşın dadı və s.) meyilin artması.
Özünüzdə bu kimi simptomları müşahidə edirsinizsə, mütləq həkimə müraciət edin.