Çox çay içmək nə üçün ziyanlıdır?

17 Ocak 2018
1 649
0
Çox çay içmək nə üçün ziyanlıdır?
Çay ən faydalı içkilərdən biri sayılır. Çay orqanizmi tonuslaşdırır, təzyiqi tənzimləyir, mübadilə proseslərini stimullaşdırır, qanda pis xolesterolun səviyyəsini aşağı salır, orqanizmi təmizləyir, xərçəngin yaranma riskini azaldır.



Alimlərin fikrinə görə, gün ərzində 4-5 fincan təzə dəmlənmiş yaxşı çay içmək orqanizmə böyük fayda verə bilər. Bundan artıq miqdarda içilən çay isə əksinə, sağlamlığa ziyan vurur.



Feat.Az saglamolun.az-a istinadən sizə çoxlu çay içməyin ziyanlı tərəflərini sadalayır:



1.
Sümüklər üçün ziyanlıdır, sümüklərdən kalsiumu yuyub aparır ki, bu da onları zəif və kövrək edir, sınıqların olma riskini artırır.



2.
Sinir sisteminə qıcıqlandırıcı təsir edir, yuxu pozulmalarına, əsəbiliyə səbəb olur.



3. Diş emalına mənfi təsir edir.



4. Sidikqovucu təsirinə malik olduğundan böyrəkləri həddindən artıq yükləyir.



5. Orqanizmdə dəmirin sovrulmasını pisləşdirir ki, bu da hətta anemiyanın (qanazlığı) inkişafına səbəb ola bilər.



6. Mədənin turşuluğunu artırır ki, bu da qastrit və xora xəstəliyindən əziyyət çəkənlərə ziyanlıdır. Ümumiyyətlə, mədə turşuluğunun artması zamanı çayın istehlakını minimuma azaltmaq lazımdır.



7. Podaqra və artrit kimi xəstəliklərin riskini artırır.



8. Arterial təzyiqi artırır.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.