Balıq ürəyə xeyirlidir

05 Kasım 2014
2 845
0
Balıq ürəyə xeyirlidir
Balıq ürəyə xeyirlidir

Harvard Universiteti mütəxəssislərinin balığın sağlamlığa təsirləri üzərinə etdiyi iş, balığın insan bədəninə olan faydalarını ortaya qoydu. Son 20 ildə bu mövzuda edilən araşdırmaları bir yerə gətirən mütəxəssislər, balığın faydaları yanında zərərinin çox az olduğu nəticəsinə vardı. Araşdırma nəticələrinə görə balığın faydaları saymaqla bitmir. Araşdırmalar, balıq yemənin ürək xəstəliklərindən ölüm riskini yüzdə 36 nisbətdə azaltdığını ortaya qoyur. Yağlı balığın daha çox Omega3 ehtiva etməsi səbəbiylə də sağlamlığa daha faydalı olduğu işdən çıxaran başqa bir nəticədir. Mütəxəssislər, sağlam bir həyat üçün həftə iki pay balıq yeməyi tövsiyə edir.

Balığın insan bədəninə faydalarından bir neçəsi:

- Balıq, zülal, D vitamini və əsər elementlər baxımından mükəmməl bir qida qaynağıdır.
- Ehtiva etdiyi fosfor, sulfid, vanadium kimi minerallara görə böyüməyi və toxumaların yaxşılaşmasını təmin edər.
- Sağlam diş ətləri və diş quruluşu meydana gəlməsinə kömək edər.
- Dəri rəngini gözəlləşdirər.
- Saçların daha dayanıqlı olmasını təmin edər.
- Bakterial infeksiyalarda mübarizəyə öz töhfəsini verir.
- Nişasta və yağların parçalanaraq bədəndə istifadə edilməsinə kömək edər.
- Oynaq sağlamlığına faydalıdır.
- Şəkər xəstələrinin müalicəsində istifadə olunur.
- Depressiya və şizofreniya əlamətlərini yüngülləşdirər.
- Yanıq müalicəsində faydası vardır.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.