Qarın piylərini necə əritmək olar? - MƏSLƏHƏTLƏR

19 Ocak 2022
2 370
0
Qarın piylərini necə əritmək olar? - MƏSLƏHƏTLƏR
Qarın piylərinin əridilməsi normal görünmək istəyən hər kəsin arzusudur və şişman qarın bir sıra xəstəliklərin mənbəyidir.



Feat.Az bildirir ki, bu barədə Azertag.az-ın müxbiri ilə söhbət edən həkim-fitoterapevt Fizuli Hüseynov deyib: "Piy hüceyrələrinin bölünməsi iki formada olur: ya hüceyrələr iki, sonra dörd yerə bölünməklə artıb çoxalır, ya da hüceyrələr şişərək böyüyürlər. Ayaqda və qolda olan piy hüceyrələri iki yerə bölünərək artan hüceyrələrdir. Həmin hüceyrələr dayaq-hərəkət sisteminin fəaliyyətində iştirak edir və əzələlərə yardım göstərir, qarın piyləri isə şişərək böyüyür. Onlar çox təhlükəlidir və artıq yük kimi əziyyət verir, çünki həmin piylər qarındakı bütün orqanları sıxır və onun normal işləməsinə mane olur".



Bəs niyə qarın qabağa çıxır və onun böyüməməsi üçün nə etmək lazımdır? Həkim-fitoterapevt həmin sualın cavabında deyib: "Qarın piyləri qarın əzələləri tonusdan düşəndə irəli çıxmağa başlayır. Onun qarşısını almaq üçün ilk növbədə hər gün press hərəkəti etmək lazımdır. Bunu etmək üçün əvvəlcə arxası üstə uzanaraq divara və ya çarpayıya bağlanmış ipin köməyi ilə qarın press hərəkəti edilir. Mütəmadi hərəkət edəndə ipə ehtiyac qalmır, hərəkətlər gündə 3 dəfə və hər birində 20 dəfə olmaqla yerinə yetirilir. Qarın hüceyrələri şişib böyüyəndə kip korsetdən istifadə etmək olar".



Bu sahədə hansı xalq təbabəti reseptlərindən istifadə etmək olar? Xalq təbabəti bilicisi bunun üçün bir neçə resept məsləhət görüb: "100 qram acı bibər qəhvəüyüdəndə toz halına salınır, yarım litr zeytun yağı ilə qarışdırılıb qarına çəkilir və üstündən korsetlə bağlanır. Dərini yandırmaması üçün əvvəlcə az yağ çəkilir və korset səhərdən axşama qədər çıxarılmır, yatmazdan əvvəl çıxarılır və dəri yuyulur. Hərəkət edilərkən fəal həyat tərzi yaşamaq və gündə 5 kilometrdən artıq gəzmək lazımdır. Prosedur zamanı həftədə bir dəfə qarın diametri ölçülür.



Bağırsaq mənşəli köpmə də ola bilər. Bağırsaqların hərəki fəallığı azalanda sürətli addımlarla gəzmək lazımdır. Gündə 5 kilometr hərəkət bağırsaqları işləməyə məcbur edir və tərkibində efirli birləşmələr olan dərman bitkiləri də bağırsaqların hərəki fəaliyyətini artırır.

Başqa bir reseptdən istifadə etmək olar. Hərəsindən 100 qram cirə, razyana, qaraqınıq, pişikotu və kəcəvər bitkiləri qarışdırılır, qarışıqdan 2 xörək qaşığı 3 stəkan suda dəmlənir, hər dəfə yeməkdən əvvəl 1 stəkan içilir.

Bəzi hallarda ağır yük götürəndə mədə-bağırsaq müsariqəsi sallana bilər. Bu zaman qarın nahiyəsi aşağıdan yuxarıya doğru adi günəbaxan yağı ilə masaj edilir və möhkəm bağlanır. Prosedur hər həftə gündə bir dəfə yerinə yetirilir".
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.