Öskürəyi, mədə ağrılarını aparır... – QOVURĞANIN BİLMƏDİYİNİZ FAYDALARI
- Çəki problemi olanlar üçün ideal bir qidadır.
- Həzmsizlik problemi yaşayanlar üçün təbii dərman təsiri göstərir.
- Mədə ağrıları və mədə xəstəlikləri üçün olduqca yararlıdır.
- Saçların köklərini qüvvətləndirərək, daha sağlam çıxmalarına yardımçı olur.
- Bədən yorğunluğunu azaldır və zehnin inkişafına kömək edir.
- Öskürəyin kəsilməsinə yardımçı olur.
- Nəfəs darlığı, nəfəs yolları xəstəlikləri üçün olduqca müvəffəqiyyətlidir. Beləliklə, rahat nəfəs almağı təmin edir.
- Antiseptik özəlliyi sayəsində çox yaxşı bir mikrob öldürücüdür.
- Böyrəklərdə daş və qum olanlar bundan faydalana bilir.
- Sinə ağrılarını yüngülləşdirərək, sinəni yumşaldır.
- Hüceyrələrin təzələnməsini təmin edərək yaşlanmanı gecikdirir və xərçəngə qarşı qoruyur.
- Bədəndəki iltihabların təmizlənməsi üçün savaşır.
- Qan axımını sürətləndirərək bədəndə qan dövranını sürətləndirir.
- Antiseptik özəlliyi sayəsində yaraların asan müalicə edilməsinə və bağlanmasına yardımçı olur.
- Ayaq tərləməsini və ayaq qoxusunu önləyir.
Qovurğa üçün lazım olan ərzaqlar:
1 kasa iri buğda
Kiçik kasa badam
Kiçik kasa fındıq içi
Kiçik kasa kətan toxumu
Hazırlanması:
Bir tavanı isidin. Təmizlənmiş buğdanı orta temperaturda 7 dəqiqə boyunca qovurun. Daha sonra digər çərəzləri buğdaya qarışdıraraq qovurun. Buğdalar qızılı rəng aldıqdan sonra soyuması üçün geniş bir siniyə töküb soyudun.
Nuş olsun!
lent.az