Bu kosmetik vasitələri heç kimlə bölüşməyin – İnfeksiyaya yoluxa bilərsiniz

03 Nisan 2019
1 161
0
Bu kosmetik vasitələri heç kimlə bölüşməyin – İnfeksiyaya yoluxa bilərsiniz
Bir çox qızlar kosmetik vasitələri rəfiqələri ilə bölüşərək bunda bir təhlükənin olmasını ağıllarına belə gətirmirlər. Amma bu sağlamlıq üçün təhlükəli ola bilər.

Feat.Az
medicina.az-a istinadən heç kimlə paylaşılması məsləhətli olmayan kosmetik vasitələri təqdim edir:

Tuş

Tuş kipriklərin diblərinə çəkildiyində göz qapaqlarna təmas edən bir gözəllik vasitəsidir. Bu səbəbdən də infeksiya və bakteriyalar çox rahat şəkildə tuş vasitəsilə yoluxa bilər. Buna görə də yaxşı olardı ki, tuşu yalnız özünüz işlədərək heç kimlə bölüşməyəsiniz.

Fırça və makiyaj süngərləri

Dəri xəstəliklərini və infeksiya yoluxması risqini azaltmaq üçün hər gün istifadə etdiyiniz bu vasitələri mütəmadi olaraq yumaq lazımdır. İlk baxışda görünmür, amma bu vasitələr işərisində mikrob və ölü dəri hüceyrələri saxlayır. Bir müddətdən sonra bu maddələr sizin dərinizdə ciddə xəstəliklərər səbəb ola bilər.

Dırnaq qayçısı


Dırnaqlarınızın sağlam və gözel olmasını istiəyirsinizsə, öz şəxsi dırnaq qayçısından istifadə edin. Dırnaq qayçısının ortaq olaraq istifadəsi normal və əhəmiyyətsiz kimi görünə bilər. Ancaq, qayçı vasitəsilə bir çox gözələk infeksiyalarının yayılması mümkündür.

Göz qələmi

Göz qələmi və ya layner də tuş kimi kipriklərin dibinə çəkildiyi üçün bakteriyaların yayılmasına səbəb olur. Əgər rəfiqənizin gözündə ər hansı bir virus və ya bakteriya varsa onun sizin gözlərinizə yoluxmaq riski yüksəkdir.

Dodaq boyası


Ağız, bakteriyalarla zəngindir, dodaq boyası və nəmləndirici vasitəsilə onların digər yoluxması riski çox yüksəkdir. Ortaq istifadə edildiyində hətta boğaz ağrısı kimi infeksiyanın də yaylmasına səbəb ola bilər.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.