Aspirinin bilmədiyiniz 7 fərqli istifadəsi

11 Eylül 2019
1 123
0
Aspirinin bilmədiyiniz 7 fərqli istifadəsi
Aspirin (asetilsalisil turşusu) bütün dünyada ən tanınmış və çox istifadə olunan dərmanlardan biridir.

Feat.Az
bu əfsanəvi preparatın bilmədiyiniz fərqli istifadəsi haqqında yazı təqdim edir.

1. Aspirin sızanaqları müalicə edir

Aspirin həqiqətən sızanaqlarla mübarizədə çox effektlidir. Sizə bir neçə resept təqdim edirik:

- 2-3 aspirin həbi əzilir, limon şirəsi ilə qarışdırılır, yalnız sızanaqların üzərinə çəkilir, 20 dəqiqədən sonra yuyulur. Bu maska sızanaqlar az olanda istifadə olunur.

- 3 həb aspirin əzilir, 1 ç.q. ilıq su və 1 ç.q. duru bal əlavə olunur, qarışdırılır və üz dərisinə çəkilir. Yağlı, sızanaqlı dəri üçün əla maskadır.

- 2 həb aspirin əzilir, 1 x.q. qatıq əlavə olunur, qarışdırılır, üz dərisinə çəkilir.

Diqqət! Aspirin maskaları həssas dəridə qıcıqlanma, qızarma, səpkilərə səbəb ola bilər.

2. Həşəratların dişləməsi zamanı qaşınmanın qarşısını alır

Aspirin suda həll olunur, dişlənmiş yerə çəkilir.

3. Saç kəpəyini müalicə edir

Aspirin əzilir, az miqdarda şampunla qarışdırılır, bu şampunla saçlar yuyulur. Bunu həftədə 1-2 dəfə ədə bilərsiniz.

4. Dərini ölmüş hüceyrələrdən təmizləyir (pilinq edir)

- 4 aspirin həbi əzilir, ilıq su ilə qarışdırılır (sıyıq kimi alınmalıdır) və üz dərisinə çəkilir, yüngül massaj edilir. 15 dəqiqədən sonra üzünüzü yuyun.

5. Dırnaqları möhkəmləndirir

- Aspirin həbləri suda həll olunur və bu suda dırnaqlara vanna edilir.

6. Dabanları yumşaltmaq üçün istifadə olunur

- Bir neçə aspirin həbi əzilir, limon şirəsi ilə qarışdırılır, pəncələrə çəkilir. Pəncələrinizə sellofan paketləri taxın, yarım saat saxlayın. Sonra ayaqlarınızı yuyun və daban daşı ilə təmizləyin. Yumşalmış dəri asanlıqla təmizlənəcək. Lazım olan nəticə almaq üçün bu proseduru bir neçə dəfə təkrar edin.

7. Güllərin tez solmasının qarşısını alır

Gül dəstəsi olan güldana 1 həb aspirin atın.
Mənbə:saglamolun.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.