Həftədə iki dəfə günorta mürgüsü - İnfarkt və insult riskini iki dəfə azaldır

16 Ekim 2019
234
0
Həftədə iki dəfə günorta mürgüsü - İnfarkt və insult riskini iki dəfə azaldır
Günorta yuxusunun faydalarına çoxumuz inanırıq, amma əvvəllər bəzi araşdırmalarda bildirilirdi ki, günorta mürgüləmək vərdişiylə ciddi ürək-damar xəstəlikləri və hətta ikinci tip şəkər xəstəliyi arasında əlaqə ola bilər.

İsveçrənin Lozanna şəhərindəki universitet hospitalının alimləri bu məsələyə aydınlıq gətirmək məqsədilə günorta yuxusunun sağlamlığa təsirini öyrənmək qərarına gəliblər.

Feat.Az bildirir ki, beş ildən çox davam edən araşdırmaya daha əvvəl ürək-damar sistemində heç bir ciddi problemi olmayan 3,5 min isveçrəli cəlb edilib.

Onlardan bəzilərində həftədə iki dəfədən az olmayaraq günortalar yatmaq vərdişi olub, bəziləri bütün həftə boyu günortalar yatıb, digərləri isə bunu heç vaxt etməyib.

Araşdırma zamanı iştirakçıların ürək və damarlarının fəaliyyətində müxtəlif dərəcəli 155 nasazlıq faktı qeydə alınıb, həftə ərzində cəmi bir-iki dəfə günorta yatanlar qrupunda ağırlaşma riskinin ən az olduğu üzə çıxıb: hətta siqaret çəkmək kimi zərərli vərdişlər nəzərə alınmaqla da bu riskin 48% azaldığı məlum olub.

Maraqlıdır ki, mütəmadi olaraq həftədə 5-6 gün günorta yatanlar qrupunda risk göstəricilərində kəskin fərq olmayıb, bəzi hallarda isə, əksinə, artıb.

Araşdırma müəllifləri hesab edirlər ki, öz-özlüyündə yüksək yuxu göstəricisi orqanizmin işindəki qəza hallarının nəticəsi ola bilər, ona görə də bu qrupun müəyyən hissəsi daha əvvəl də yüksək risk zonasında olub, hərçənd insanlar özləri bunu bilməyiblər.

Araşdırma daha bir qayda pozuntusunu aşkara çıxarıb: günorta yuxusu rejimi 65 yaşdan yuxarı şəxslərin səhhətinə təsir etmir. Alimlər bunu həmin yaş qrupundakı şəxslərin ümumi sağlamlıq səviyyəsiylə, o cümlədən, daha gənc respondentlərlə müqayisədə onlarda daha çox xəstəlik olmasıyla izah edirlər.

Günorta yuxusunun tezliyinə fokuslanan İsveçrə alimləri bu faktın eksperiment iştirakçılarının səhhətinə uzunmüddətli təsirini öyrənmək məqsədi güdməyiblər. Onlar bunu sonrakı araşdırmalarda aydınlaşdıracaqlarını bildiriblər.

Sözügedən eksperiment çərçivəsində iştirakçılar günortalar 5-60 dəqiqə arası yatıblar. Onların bir çoxu etiraf edir ki, 20 dəqiqəlik günorta yuxusu enerji yenilənməsinə kifayət edir.

Araşdırmanın nəticələri daha əvvəl dərc edilmiş işlərlə ziddiyyət təşkil edir. O işlərin müəllifləri yuxudan ayılma anında arterial təzyiqin artması faktına diqqət çəkərək, bunun ürək fəaliyyətində ciddi problemlər yarada biləcəyini vurğulayıblar. Amma İsveçrə alimləri belə bir qanunauyğunluq aşkar etməyiblər.

Hələ ki alimlər günorta yuxusunun orqanizmə müsbət təsir mexanizmini detallı olaraq izah edə bilmirlər. Böyük ehtimal, günortalar yatmaq stress yükünü atmağa, işə ara verilməsi sayəsində emosional fonu yaxşılaşdırmağa və norması dolmamış gecə yuxusu saatlarının kompensasiyasına kömək edir.
Əvvəlki Xəbər Növbəti Xəbər
Loading...

ƏN SON XƏBƏRLƏR

HAMISI
Məşhurların İnstagramda Son Paylaşdıqları - FOTO
16:00
0

Məşhurların İnstagramda Son Paylaşdıqları - FOTO

Gün girməyən evə həkim girər - Azərbaycan əhalisinin gün düşməyən otaq sevgisi
15:00
29

Gün girməyən evə həkim girər - Azərbaycan əhalisinin gün düşməyən otaq sevgisi

Sənmən Yazılı Şəkillər 2019 (16)
14:00
213

Sənmən Yazılı Şəkillər 2019 (16)

Bürclərin səni həqiqətən sevdiyini necə bilərsən - Foto
13:00
160

Bürclərin səni həqiqətən sevdiyini necə bilərsən - Foto

Ürək xəstəliklərinin bir nömrəli dərmanı
12:00
34

Ürək xəstəliklərinin bir nömrəli dərmanı

Duyğusuz Yazar Yazılı Şəkilləri 2019 (62)
11:00
264

Duyğusuz Yazar Yazılı Şəkilləri 2019 (62)

“Kivi” Çizkeyki Resepti
10:00
50

“Kivi” Çizkeyki Resepti

Tarixdə Bu Gün - 22 Noyabr
09:00
43

Tarixdə Bu Gün - 22 Noyabr

Yaxşı ki Varsan Yazılı Şəkillər 2019 (66)
21:00
802

Yaxşı ki Varsan Yazılı Şəkillər 2019 (66)

GERİ 1 2 3 4 5 6 7 8 9 10 ... 528 İRƏLİ