İdmanı qapalı zallarda yox, bu şəraitdə edin – Həkimdən TÖVSİYƏ

10 Ekim 2019
787
0
İdmanı qapalı zallarda yox, bu şəraitdə edin – Həkimdən TÖVSİYƏ
"Gənclərin böyük əksəriyyəti idmana zaman ayırsa da, onlar arasında ürək xəstəliklərindən əziyyət çəkənlərin də sayı az deyil".

Feat.Az bildirir ki, bunu Respublika Müalicəvi Diaqnostika Mərkəzinin ürək-damar cərrahı Anar Əmrah deyib.

Kardiocərrah bildirib ki, idman dedikdə, ağlımıza hansısa qapalı idman zalı gəlir. Əslində isə bu, heç də sağlam üsul deyil: "Daha yaxşı olardı ki, insanlar açıq havada qaçmağa, müxtəlif idman hərəkətləri etməyə üstünlük verərdilər. Gündə ən azı 45 dəqiqə-1 saat gəzinti vacibdir. Sürətli qaçmaq lazım deyil. Həmişə bunu vurğulayırıq. Yarış tərzi yaradan idman növləri stress deməkdir ki, bu da qətiyyən bizim nəzərdə tutduğumuz və tövsiyə etdiyimiz bir şey deyil. Yaxşı olardı ki, insanlar hər gün qeyd etdiyim müddətdə təmiz havada gəzsinlər, gəzən zaman bir-biri ilə söhbət etsinlər".
Mənbə:e-tibb.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.