Dişlər incidəndə...

28 Mart 2020
174
0
Dişlər incidəndə...
Diş xəstəliklərinin ən müxtəlif formalarına tez-tez rast gəlinir.

Feat.Az
bildirir ki, fitoterapevt Fuad Mahmudov deyib: "Diş əti iltihabına və diş ərpinə qarşı ən yaxşı vasitə qurd pəncəsi bitkisidir. Həmin bitkinin kökündən 1 xörək qaşığı 1 stəkan suya tökülərək 5 dəqiqə ocaqda qaynadılır. Süzüləndən sonra soyudulur və gündə 3-4 dəfə dişlər dəmləmə ilə yaxalanır. Qurd pəncəsi dəmləməsi dişləri soyuqdəymə və digər xəstəliklərdən də etibarlı şəkildə qoruyur.

Bəzən ən yumşaq diş fırçasından istifadə ediləndə də diş ətində qanamalar baş verir. Onunla üzləşməmək üçün 1 xörək qaşığı quru sürvənin üzərinə 1 stəkan qaynar su tökülür, ağzı bağlanır və 20 dəqiqə sonra süzülərək ağız yaxalanır. Prosedur səhər və axşam aparılır".

Fitoterapevt diş ağrısını sakitləşdirmək üçün nə etmək lazım gəldiyi barədə də məlumat verib: "Ağrını sakitləşdirmək üçün ən sadə üsullardan biri belədir: qara turpun qabığı təmizlənir, xırda doğranır və ətçəkəndə çəkilir. Üzərinə 2 stəkan su əlavə olunub ocağın üstünə qoyularaq qaynadılır, 5 dəqiqə sonra götürülür, soyudulur, ağzı bağlanır. Alınan məhlulla ağızı tez-tez yaxalamaq sakitləşdirici təsir göstərir.

Məhlul mütləq soyuducuda saxlanılmalıdır və dörd gündən bir onu yenidən hazırlamaq lazımdır. Müalicə bir ay aparılır. Doğrudur, nəticə o qədər də tez alınmır, lakin bir müddət sonra müalicənin səmərəsi mütləq hiss olunur."
Mənbə:AZƏRTAC
Əvvəlki Xəbər