Beyni təmizləməyin effektiv yolları

17 Temmuz 2021
361
0
Beyni təmizləməyin effektiv yolları
Yuxu zamanı beyin "toksinlərdən" təmizlənir, buna görə sağlam yuxu bütövlükdə bədənin sağlamlığı üçün son dərəcə vacibdir.

Feat.Az
xəbər verir ki, bu sözləri tanınmış aparıcı və həkim Aleksandr Myasnikov teleqram kanalında söyləyib. Yuxu ilə əlaqəli yeni araşdırmalardan bəhs edən ekspert hazırda bu məsələ üzərində tədqiqatlar aparıldığını qeyd edib:

"Uzun müddət yatmalarına icazə verilməyən könüllülərdə kifayət qədər yatanlara nisbətən suda həll olan metabolitlərin "təmizlənməsində" əhəmiyyətli dərəcədə azalma olduğu üzə çıxıb".

Həkim yuxu çatışmazlığının ciddi xəstəliyə, xüsusən də beynin idrak funksiyasının azalmasına səbəb ola biləcəyini əlavə edib.
Mənbə:publika.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.