Kompüterin oynaqlara və əzalara təsiri
Feat.Az bildirir ki, kompüterdə uzun müddət işləyəndən sonra, biləkdə ağrı və narahatlıq əmələ gəlir. Fasilədən sonra ağrı tez zamanda yox olur, buna görə həkimlər biləklərdən gərginliyi götürmək məqsədi ilə onları tez-tez hərəkət etdirməyi məsləhət görür. Bununla belə, həyat tərzinizlə heç bir dəyişiklik edilməsə, ağrılar getdikcə artacaq və sonra ağrı insan üçün normal hala çevriləcək. Bəzən ağrı yanğı halına keçərək, çiyin nahiyəsində yayılır. Bu səbəbdən insanlar tez-tez tunel sindromunu osteoxondroz ilə səhv salır. Bundan əlavə, barmaqların əzələləri də təsirlənir. Əgər ağrılar anidən azalsa, bu sevinmək üçün səbəb deyil. Hissiyyatın azalmsı sinirlərin zədələnməsindən qaynaqlanır və bunu sonra bərpa etmək çətin olur. Tunel sindromunun qarşısını almaq üçün iş zamanı əllərin vəziyyətini izləmək, fasilələr vermək, bədəni və əzaları idman üslubunda hərəkət etdirmək lazımdır.