Günəş şüasından yaranan ləkələrdən necə qorunmaq olar?

04 Eylül 2021
361
0
Günəş şüasından yaranan ləkələrdən necə qorunmaq olar?
Yay aylarında insanlar arasında çox yayılan problemlərdən biri də yanıqlar və günəşdən yaranan ləkələrdir. Günəşdən düşən bu ləkələr insanların bir çoxlarında kompleks yaradır. Günəş şüasından yaranan ləkələrdən və yanıqlardan necə qorunmaq olar?

Feat.Az
bildirir ki, mövzu ilə bağlı AZƏRTAC-ın suallarını cavablayan həkim-kosmetoloq İlahə Sadıqova deyib ki, ləkələrin yaranmaması, eləcə də mövcud olan ləkələrin daha da yayılmaması və dərinləşməməsi üçün yayda daha diqqətli olmaq lazımdır. Günəş şüalarının təsiri nəticəsində dəridə yaranan piqment ləkələri ən çox xanımları narahat edən problemdir. Ləkələr düzgün müayinə olunmalı və müalicə üsulları da buna uyğun seçilməlidir. Vəziyyətdən asılı olaraq krem və ya iynə müalicələri təyin olunur.

İ.Sadıqova bildirib ki, günəş şüalarından qorunmağın ən yaxşı yolu qoruyucu kremlərdir. SPF, suyadavamlı, geniş spektrumlu günəşdən qoruyucu kremlərdən və ya spreylərdən istifadə etmək lazımdır. Bu kremlər evdən çıxmazdan 20 dəqiqə əvvəl çəkilməlidir. Günəş şüalarının 90 faizi buludlardan keçir. Ona görə də buludlu havalarda da günəş kremindən istifadə etmək məsləhətdir. Həftədə 2-3 dəfə 10-15 dəqiqə sadəcə əlinizin üstünə belə günəş şüası düşsə, lazımi D vitaminini qəbul etmiş olursunuz. Ona görə günəş şüasının altında çox qalmaq məsləhət deyil. Vaxtı keçmiş və ötən ildən qalan kremlərdən istifadə etmək dəri üçün zərərlidir. Günəş kremlərinin ömrü cəmi bir ildir və vaxtı keçdikdən sonra onun təsiri itir. Çox tərləyirsinizsə, suya dözümlü kremlərdən istifadə etmək məsləhətdir. Əgər üzdə artıq ləkə yaranıbsa, bu problemlə müasir kosmetoloji proseduralar vasitəsilə, o cümlədən plazmaliftinq, mezoterapiya, biorevitalizasiya və s. üsullarla mübarizə aparılmalıdır.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.