Saçlarınız Niyə tez Ağarır?

15 Aralık 2014
1 330
0
Saçlarınız Niyə tez Ağarır?
Saçlarınız Niyə tez Ağarır?

Saçlar niyə tez ağarmağa başlayır?

Əksər hallarda bu problem genetik olaraq keçicidir. Bu kimi problemin sizdə nə zaman yaranmasını bilmək üçün, valideynlərinizə baxmanız kifayətdir. Əgər valideynlərdən biri bu problemlə tez üzləşibsə, o zaman sizdə də bu problem çox güman ki olacaq.

Bundan əlavə isə, vaxtından tez saçların ağarması irsi olmayan faktor və bir çox xəstəliklərilə əlaqəli ola bilər:

- Qalxanvarı vəzin disfunksiyası
- Vitiliqo (piqmentasiyanın pozulması)
- B12 vitamini çatışmazlığı
- Anemiya
- Stess və əsəb sarsıntısı


Stress, güclü qorxu və sinir sarsıntısı zamanı qana böyük miqdarda adrenalin hormonu atılır, o isə digər xüsusiyyətlərindən əlavə damarların yığılması effektini yaradır. Saç məməciyinin arteriyasının spazmı pozulur və nəticədə saç soğanaqlarının hüceyrələrinin qidalanması tamamən pozulur. Bu vəziyyətdə boyama piqmentinin yaranması təmamilə dayana bilər. Lakin bu prosesi o zaman deyil,o saç töküləndən sonra yenisi ilə əvəz olunduğu zaman müşahidə etmək mümkün olacaq.
Son zamanlar müasir vasitələrin artması ilə əlaqədar bu mövzuda da yenilik olan vasitələr peyda olmaqdadır. Lakin əgər bu problemin həlli tapılsa idi, o zaman planetimizdə ağarmış saçı olan insanlar olmazdı. Bu kimi problemin qarşısını yalnız sadaladığımız bir neçə xəstəliyin əlaməti olduğu zaman dərhal almaq olar. Digər hallarda bu proses qaçılmazdır...
Bu problemə bir başa aparan stress və əsəb sarsıntılardan uzaq olmağa çalışın...

EdiT:TinkerbeLL...
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.