Bu saatlarda mütləq yatın

17 Aralık 2014
2 125
0
Bu saatlarda mütləq yatın
Bu saatlarda mütləq yatın



Həkimlər xəstəliklə mübarizə aparmaq üçün saat 23:00-la 02:00 arasında yatmağı vacib sayır. Qrip virusunun ətrafı bürüdüyü bu günlərdə, mütəxəssislərdən tez-tez sağlam qidalanma və gigiyena qaydalarına diqqət yetirilməsi lazım olduğu barədə fikirlər eşidirik. Qriplə mübarizədə sağlam qidalanma və gigiyena qədər sağlam yuxu da son dərəcə əhəmiyyətli rol oynayır.

Ciddi və yorucu iş tempinə bir də yuxusuzluq və qrip epidemiyası əlavə olununca, bədən taqətdən düşür. Keyfiyyətli və sağlam yuxu xəstəliklərlə mübarizədə əhəmiyyətli rol oynayır. Yuxu əsnasında xüsusilə də qaranlıqda ifraz olunan melatonin hormonu, bədənə çox fayda verir.

Melatonin ifraz olunan saatları qaçırmamaq lazımdır. Melatonin hormonu xüsusilə gecə 11-dən sonra ifraz olunmağa başlayır və saat 2-yə qədər davam edir. Səhərə doğru isə yavaş-yavaş azalır. Ona görə xüsusilə bu saatlardakı yuxunu qaçırmaq olmaz. Bu səbəblə yatdığınız yerin qaranlıq olması, gecə lampasından istifadə edilməməsi çox vacibdir. Ehtiyac duyulan yuxu saatı insandan-insana dəyişir. Kimi 8 saatlıq yuxuyla özünü gümrah hiss edər, kimi isə 6 saatlıq yuxu ilə kifayətlənər. Buna görə mütəxəssislər insanın orta hesabla 7 saat yatmasını məsləhət görür. 6 saatdan az yatan insanlarda ürək xəstəliklərinə daha çox rast gəlinir.

Gündüz yuxularının çox əhəmiyyəti yoxdur. Əhəmiyyətli və lazımlı olan gecə 11-dən sonra yatmaqdır. Ancaq sağlam və keyfiyyətli yuxu üçün qaranlıq mühit şərtdir. Televizora baxaraq yatmaq isə orqanizm üçün son dərəcə ziyandır.




Bu saatlarda mütləq yatın
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.