"Söz ağızda insanın quludu, ağızdan çıxdı, insan onun quludu" - STATUSLAR

21 Mart 2017
3 157
0
"Söz ağızda insanın quludu, ağızdan çıxdı, insan onun quludu" - STATUSLAR
Ağıllı olmaq
Ağıllı görünmək istəyirsənsə, ağıllı sorğu-sual etməyi, diqqətlə qulaq asmağı, danışmağa söz olmayanda susmağı bacarmalısan.

Dayaq
Arxalıya arxa durma, deyərlər ki, yamaqdır. Arxasıza arxa dur ki, desinlər ki, dayaqdır.

Söz
Ən güclü, ən qüdrətli, ən zəkalı o adamdır ki, öz istəklərini idarə etməyi bacarır.

Məsləhət
Həyatda geriyə qaytara bilməyəcəyin iki şey var. Biri zaman, biri də dilindən çıxartdığın söz.

Söz
İnsan varlığının sirri yalnız yaşamaqda deyil, nəyin naminə yaşamaqdır.

Söz
Ağzımız qəfəs, sözlərsə quş kimidir. Hər dəfə ağzımızı açanda sözlər quş kimi uçaraq tabeliyimizdən çıxır.

Ömürlər.
Hər ömür bir qatardır. Gəlir: arzularla, ümidlərlə, sevinclə. Sonra düşünce ve xatirelerle, göz yaşları və qayğılarla yüklənir və hüzünlə gedir. Sadəcə bir fərq var - qatar geri qayıdır, ötüb gedən ömürlərsə əsla!

Həyat
Həyat bir cümlədir. Nə qədər uzadırsan uzat, sonda nöqtəsi qoyulacaq. Çalış qurduğun cümlə mənalı olsun.

Dəyərli məsləhət
Öyrəndiyiniz zaman əməl edib, əmin olduğunuz zaman təkrar edin.

Məsləhət
Hüquqlarına hörmət etməyənin hüququna hörmət etmek ona xidmət etmək deməkdir.

Məsləhət
Yaxşı ilə pis bir-birindən seçilmədiyi zaman nəticə ile başlanğıcı müqayisə et.

Ağıllı məsləhət
İnsanı əfv etməyə layiq cəzalandırma gücünə sahib olandır.

Dəyərli
Ən dəyərli zənginlik arzulardan xilas olmaqdır.

Ağıllı və müdrik
Ağıllı insanla müdrik insan arasında bir fərq var, ağıllı insan düşdüyü çətin vəziyyətden çıxış yolu tapa bilir. Müdrik insan isə çətin vəziyyətə düşmür.

Kinli adam
Kinli adamla dostluq etmə, haçansa sənə də düşman ola bilər.

Son
Əzablı sonsuzluqdansa, dəhşətli son yaxşıdır.

Allahın yaratdığı nemətlər
Allah hər nemətləri bizlər üçün yaratdı, onlardan elə istifadə etmək lazımdır ki, sonra istifadə etməmək üçün tövbə etməyək.

Söz
Söz ağızda insanın quludu, ağızdan çıxdı, insan onun quludu.

Arzular
İstəmədən dünyaya gəlirik, arzularla yaşayırıq, həsrətlə dünyamızı dəyişirik.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.