Tarixdə Bu Gün - 14 Noyabr
Əhəmiyyətli hadisələr
1914 — Fuat Uzkınay ilk türk filmi sayılan "San-Stefanodakı rus abidəsinin çöküşü"nü çəkmişdir.
1922 — BBC Böyük Britaniyada radio yayımına başlamışdır. Yayıma görə lisenziya isə 1923-cü il yanvarın 18-də verilmişdir.
1925 — Sürrealistlərin ilk sərgisi Parisdə açılmışdır.
1940 — Böyük Britaniyanın Koventri şəhəri hava hücumuna məruz qalmış, 100 mülki şəxs ölmüşdür.
1969 — Liviyada bütün xarici banklar milliləşdirilmişdir.
1981 — Qambiya və Seneqal birləşərək federal respublika yaratmışdır. Seneqambiya adlanan bu respublika 1989-cu ilə qədər mövcud olmuşdur.
2002 — 1993-də Mərkəzi Kəşfiyyat İdarəsinin iki agentini öldürmək ittihamı ilə məhkum olunan pakistanlı Aymal Xan Kasi Virciniyada zəhərli iynə ilə edam edilmişdir.