Tarixdə Bu Gün - 18 Noyabr
Əhəmiyyətli hadisələr
1830 — Belçika müstəqilliyini elan etmişdir.
1870 — Fransanın Paris və Tur şəhərləri arasında ilk dəfə rəsmi olaraq göyərçin poçtu tətbiq edilmişdir.
1918 — Litva müstəqilliyini elan etmişdir.
1927 — Ankara Radiosu fəaliyyətə başlamışdır.
1928 — "Uolt Disney"in və "Mikki Maus"un təqdimatı keçirilmişdir.
1931 — Yaponiya qoşunları Mancuriyanı işğal etmişdir.
1933 — İstanbul Darülfünunu yeni adla (İstanbul Universiteti) fəaliyyətə başlamışdır.
1963 — Əbdül Səlim Arif İraqda hakimiyyəti ələ keçirmiş, Səddam Hüseyn həbs edilmişdir.
1976 — 36 illik diktatura rejimindən sonra İspaniyada demokratik rejim bərqərar olmuşdur.
1983 — BMT Təhlükəsizlik Şurası Şimali Kipr Türk Respublikasını tanımaqdan imtina etmişdir.
1992 — Azərbaycan Respublikası NATO-nun Parlament Məclisinə assosiativ üzv seçilmişdir.
1992 — Azərbaycan Respublikası Gürcüstan ilə diplomatik əlaqələr qurmuşdur.
1995 — Vatikan qadınlara dini vəzifələr verilməsini qadağan edən qərarı yenidən qüvvədə saxlamışdır.
1997 — Ukraynanın Donetsk bölgəsində daş kömür şaxtasında baş verən partlayışda yüz nəfərdən çox işçi həlak olmuşdur. Şaxtanın təqribən 1000 metr dərinlikdə yerləşdiyi üçün cəsədlərin çoxunu çıxarmaq mümkün olmamışdır. Ölkədə 1 günlük matəm elan edilmişdir.
1999 — Azərbaycan neftinin Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri ilə nəql edilməsinə dair Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli sazişi imzalanmışdır.
Doğumlar
1962 — Nils Bor, danimarkalı fizik.
Bayramlar və xüsusi günlər
Latviya — Latviya Respublikasının elan edilməsi günü.
ABŞ — Mikki Maus günü.