Tarixdə Bu Gün - 6 Dekabr

06 Aralık 2017
1 009
0
Tarixdə Bu Gün -  6 Dekabr
1240 — Batı xanın rəhbərlik etdiyi Qızıl Orda ordusu Kiyev şəhərini fəth etmişdir.

1492 — Xristofor Kolumb qızıl axtarmaq üçün Santa Dominqo adasına getmişdir.

1790 — ABŞ Konqresi Nyu-York şəhərindən Filadelfiya şəhərinə köçmüşdür.

1862 — ABŞ prezidenti Abraham Linkoln Minnesotadakı Sioux üsyanında iştirak edən 303 yerli aborigendən 39-nun asılmasına qərar vermiş, qərar dekabrın 26-da icra olunmuşdur.

1877 — Tomas Edison ilk dəfə səsi lentə yazmışdır.

1917 — Finlandiya Rusiya İmperiyasının asılılığından azad olub öz dövlət müstəqilliyini elan etmişdir.

1922 — Kanadada ilk dəfə xəstələrin müalicəsində insulindən istifadə olunmuşdur.

1938 — Fransa və Almaniya dostluq müqaviləsi imzalamışlar.

1940 — Yunanıstan Albaniyanın Premete kəndini işğal etmişdir.

1941 — Böyük Britaniya Rumıniya, Macarıstan və Finlandiyaya muharibə elan etmişdir.

1971 — Hindistan Pakistanın tərkibindən çıxan Şərqi Pakistan əyaləti əsasında birtərəfli qaydada dövlət müstəqilliyini elan edən Banqladeş Xalq Respublikasını tanımışdır. Bu səbəbdən Pakistan Hindistanla bütün diplomatik əlaqələri kəsmişdir.

2009 — Bakı şəhərində Azərbaycan Vikipediyası istifadəçilərinin ilk görüşü keçirilmişdir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.