Tarixdə Bu Gün - 18 Dekabr

18 Aralık 2017
1 041
0
Tarixdə Bu Gün -  18 Dekabr
1412 — Qaraqoyunlu hökmdarı Qara Yusif Kür çayı sahilindəki döyüşdə Şirvanşah I İbrahim və onun müttəfiqlərini məğlub edib.
1787 — Nyu-Cersi ABŞ-ın üçüncü ştatı kimi onun tərkibinə daxil olur.
1894 — Avstriyada qadınlar seçki hüququ əldə edib
1903 — Panama kanalı daimi olaraq ABŞ-ın nəzarəti altına keçir.
1910 — ABŞ Konqresi savadsız mühacirlərin ölkəyə gəlməsini qadağan edir.
1917 — Türkiyə və Sovet Rusiyası arasında Ərzincan müqaviləsi imzalanır.
1925 — Moskvada ÜİK(b)P-nin 14-cü qurultayı işə başlayır.
1940 — Hitler SSRİ-yə hücum barədə "Barbaros planı"nı təsdiq edir.
1946 — Beynəlxalq Valyuta Fondu (İMF) fəaliyyətə başlayır.
1953 — İlk rəngli televiziya yayımı həyata keçirilir.
1956 — Yaponiya BMT-yə üzv olub.
1969 — Böyük Britaniyada ölüm hökmü ləğv edili.
1970 — Katolik kilsəsinin müqavimətinə baxmayaraq, İtaliya hökuməti boşanmaya icazə verən qanunu qəbul edib.
1989 — Rumıniyada Nikolae Çauşesku rejiminə qarşı çıxışların etirazı amansızlıqla yatırılıb.
1997 — Azərbaycan Respublikası Prezidenti Heydər Əliyev "1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında" fərman imzalayıb.
2003 — İran nüvə silahının yayılmaması haqqında Sazişin əlavə protokolunu imzalayıb.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.