Tarixdə Bu Gün - 9 Yanvar

09 Ocak 2018
888
0
Tarixdə Bu Gün -  9 Yanvar
1604 — Validə Safiyə Sultan Köhnə Saraya sürgün edildi.
1792 — Türkiyə və Rusiya arasında Yassı sülh sazişi imzalanıb.
1905 — Peterburqda “Qanlı bazar günü”. Hökumət qüvvələrinin dinc nümayişçiləri atəşə tutması nəticəsində 130 nəfər həlak olub, 300 nəfər yaralanıb (statistika ziddiyyətlidir).
1919 — İstanbul. ADR-in xarici işlər naziri Əlimərdan bəy Topçubaşovla görüş zamanı İranın xarici işlər naziri müşaverel məmalik Əliqulu xan “Azərbaycanın problemlərindən çıxış yolu” kimi İranla birləşməyi məsləhət görüb.
1939 — Fransium radioaktiv elementi alınıb.
1951 — BMT-nin Nyu-Yorkdakı mənzil qərargahı rəsmi mərasimlə açılıb.
1960 — Sovet İttifaqının texniki dəstəyi ilə Misirdə Asuan bəndinin tikintisinə başlanılıb. Azərbaycanın keçmiş prezidenti Əbülfəz Elçibəy burada tərcüməçi kimi çalışmışdır.
1992 — Serbiya Respublikası müstəqilliyini elan edib.
1996 — Salman Raduyevin başçılıq etdiyi dəstə Dağıstanın Kizlyar şəhərində 3000-dən çox insanı xəstəxanaya toplayaraq girov götürüb.
2005 — Mahmud Abbas Fələstin Muxtariyyətinin başçısı seçilib.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.