Tarixdə Bu Gün - 10 Fevral » Feat.Az Sekiller, Xeberler, Yazili

Tarixdə Bu Gün - 10 Fevral

10 fevral 2018
350
0
Tarixdə Bu Gün - 10 Fevral
10 fevral: İranla Rusiya İmperiyası arasında Türkmənçay müqaviləsinin imzalanması, Dehlinin Hindistanın paytaxtı olması.

Hülakü xanın qoşunları Bağdadı mühasirəyə alır

1258 — Hülakü xanın başçılığı ilə monqollar Bağdadı ələ keçirmiş və Abbasilər xilafəti süquta uğramışdır.

1763 — Parisdə imzalanan sazişlə Yediillik müharibəyə son qoyulmuş və Fransa Şimali Amerikadakı müstəmləkələrinin böyük bir hissəsini Böyük Britaniyaya vermişdir.

1828 — İranla Rusiya İmperiyası arasında Türkmənçay müqaviləsi imzalanmışdır.

1931 — Dehli Hindistanın paytaxtı olmuşdur.

1992 — Azərbaycan Respublikası Meksika ilə diplomatik əlaqələr qurmuşdur.

1996 — IBM-in "Deep Blue" kompyuteri ilk dəfə Harri Kasparovu məğlub etmişdir.
Şərh Yaz