Tarixdə Bu Gün - Dekabr

Tarixdə Bu Gün - 7 Dekabr

07 dekabr 2018
142
0
Tarixdə Bu Gün - 7 Dekabr
1792 — Brüsseldə Belçikanın müstəqilliyini tələb edən nümayiş fransız ordusu tərəfindən amansızcasına yatırılıb.
1918 — ADR Parlamentinin (şəkildə) birinci iclası keçirilib.
1922 — Azərbaycan SSR Dağlıq Qarabağ Muxtar Vilayəti Mərkəzi İcraiyyə Komitəsi (DQMV MİK) seçilib.
1941 — Yaponiya ABŞ-ın Havay adalarındakı "Pörl Harbor" hərbi dəniz bazasını, Filippin adalarını və Britaniya Malayziyasını bombardman edib.
1975 — İndoneziya ordusu yeni müstəqillik qazanmış keçmiş Portuqaliya müstəmləkəsi — Şərqi Timoru ilhaq edib. Lissabon Cakarta ilə əlaqələri kəsib.
1985 — Terrorçular Parisdə mağazalar şəbəkəsində 41 nəfərin ölümünə səbəb olan partlayışlar törədiblər.
1988 — Ermənistanın şimalında baş verən 6,8 bal gücündə zəlzələ nəticəsində Leninakan, Kirovakan və Spitak şəhərləri yerlə yeksan olub. Rəsmi mənbələrə görə, ölənlərin sayı 25 000 nəfəri keçib.
Şərh Yaz