Tarixdə Bu Gün - 16 Fevral

16 Şubat 2020
89
0
Tarixdə Bu Gün - 16 Fevral
16 fevral: Fidel Kastronun baş nazir olması, Özbəkistanda terror hadisələri

1916 — Birinci dünya müharibəsinin gedişində Qafqaz istiqamətində hücumunu davam etdirən Rusiya qoşunları Türkiyənin Ərzurum ilini işğal etmişdir.
1918 — Rusiya İmperiyasının dağılmasından istifadə edən Litva dövlət müstəqilliyini elan etmişdir.
1933 — Almaniyanın gələcək təcavüzü qarşısında bir araya gələn Çexoslovakiya, Rumıniya və Yuqoslaviya "Kiçik Antanta" ittifaqı yaratmışlar.
1936 — İspaniyada keçirilmiş parlament seçkilərində kommunistlərin qurduqları Xalq Cəhbəsi qalib gəlmişdir.
1956 — Britaniyada ölüm hökmü ləğv edilmişdir. Bu, Avropa Şurası ölkələri içərisində ölüm hökmünün ləğvinə dair ilk addımlardan biri idi.
1959 — Fidel Kastro Kubanın baş naziri vəzifəsinin icrasına başlamışdır.
1999 — Özbəkistanın paytaxtı Daşkəndin mərkəzində terror hadisəsi baş vermiş, bir neçə partlayış nəticəsində 15 nəfər həlak olmuş, onlarla adam yaralanmışdır.
Əvvəlki Xəbər Növbəti Xəbər