Adını "macəra" qoyub - qatarın altına atıldı-VİDEO

06 Şubat 2015
1 302
0
Adını "macəra" qoyub - qatarın altına atıldı-VİDEO
Adını "macəra" qoyub - qatarın altına atıldı-VİDEO




Macəra axtaran gənc özünü yaxınlaşmaqda olan qatarın altına atdı. ABŞ-da lentə alınan bu görüntülər sosial mediada böyük maraq oyadıb. Yük qatarının altından sağ çıxmaq üçün relslərin arasında gözləyən gəncin dostları dəhşətli anları həvəskar kameradan lentə alıb.

ATVxəbər.az bildirir ki, yeni üzə çıxan görüntülərdə adrenalin həvəskarının ölümlə oyunu relslərin arasında dayanmaqla da yekunlaşmır. Çox keçmədən həyəcanın dozasını daha da artıran amerikalı qatar hərəkətdə ola-ola təkərlərin arasından özünü kənara atır.


Qısa zamanda dünyanın dörd bir yanından izlənən görüntülər tamaşaçılarda fərqli təəssürat oyadıb. İzləyicilər yük qatarının altından sağ çıxan gəncin əməlinin bacarıq olmadığını, sadəcə məsuliyyətsizlik olduğunu bildirib. Bir çox internet istifadəçisi isə yük qatarının altınada qalan gəncin adrenalin dolu görüntüsünün insanlara pis nümunə olacağına görə yığışdırılmasını, polislərin bununla bağlı ölçü götürməsini tələb edib.



R.t..Zemichka
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.