Anakonda canlı yayımda adam yeyəcək
“Discovery” kanalı canlı yayımda anakonda tərəfindən diri insanın yeyilməsini göstərəcək, bunu The Hollywood Reporter bildirib,
Nəhəng ilan tərəfindən diri-diri udulmağın nə olduğunu hiss etmək üçün ABŞ-dan olan tədqiqatçı Pol Rozoli (Paul Rosolie) könüllü olub.
Eksperiment zamanı zədə almamaq üçün o xüsusi kostyum geyəcək.
Eaten Alive (“Diri-diri yeyilən”) verilişi 2014-cü ilin dekabrın 7-də nümayiş etdiriləcək.
Discovery Channel beynəlxalq peyk və kabel kanalı və eyniadlı teleşəbəkədir.Kanalın verilişlərinin üslubu elmi-populyar verilişlərdir. Yayım əsasən elm, texnologiya və tarix haqqında
verilişlər əsasındadır.