Zombilərlə üzləşsək nə edərik?

09 Kasım 2014
1 532
0
Zombilərlə üzləşsək nə edərik?
Zombilərlə üzləşsək nə edərik?


Dəhşət və qorxu filmləri tamaşaçıların hər zaman marağına səbəb olub. Bəs görəsən, gündəlik həyatda bədheybətlərlə üz-üzə gəlsək reaksiyamızı necə oar.

«Yeriyən ölülər» teleserialının promo-kampaniyası çərçivəsində maraqlı layihə həyata keçirilib. Belə ki, «zombilər» küçələrə çıxarılıb ki, bu da sakinlərdə qorxu və panika yaradıb. Nyu-yorkluların ən maraqlı təəssüratları gizli kamera ilə qeydiyyata alınıb.

Cəmi bir gün ərzində rolik YouTubda 200 min tamaşaçı yığmışdı. Bir çoxlarının fikrincə AMC kanalının həyata keçirdiyi aksiya çox təhlükəli idi.

Birincisi, kimdəsə ürək tutması baş verə bilərdi.

İkincisi qorxan şəxs «yeriyən ölü» kimi professional şəkildə qrimlənmiş aktyorlara zərərverə bilərdilər.

Qeyd edək ki, Fren Darabontun «Yeriyən ölülər» adlı serialı 2010-cu ildən efirdədir. İzləyicilər tərəfindən maraqla qarşılanan film bir neçə mükafata, o cümlədən «Qızıl qlobus»a layiq görülüb.


Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.