Hollivud Filmlərində Tez-tez Rast Gəldiyimiz Şablonlar

18 Ocak 2016
1 129
1
Hollivud Filmlərində Tez-tez Rast Gəldiyimiz Şablonlar
Hollivud Filmlərində Tez-tez Rast Gəldiyimiz Şablonlar

Yəqinki aranızda Hollivud filmlərini sevənlər var. Bəs bu filmlərdəki şablonlar necə? sizin də diqqətinizdən qaçmayıb ki?

Hollivud Filmlərində Tez-tez Rast Gəldiyimiz Şablonlar

1. Gecə vaxtı evə gələn obrazı evdə təhlükəli kimsə gözləyirsə obraz heç vaxt işığı yandırmır. Və bütün hadisələr nədənsə qaranlıq evdə baş verir.

2. Əgər uşaqların dayəsi varsa onda o böyük ehtimalla 100 kq artıq çəkisi olan afroamerikalıdır.

3. Hər amerikalı gəncin arzusu balın qalibi olmaqdı. Bax qəhrəmanın bundan sonrakı həyatı artıq maraqlı deyil.

4. Əksər amerika filmlərində dəstək qrupundan sarışın bir qız var hansı ki, öz rəfiqələriylə hamını bezdirib və amerikan futbol komandasından olan oğlanla sevgilidir.

5. Manyakdan bəhs edən əksər filmlərdə manyakın qurbanı hər nə qədər təlaşlı halda qaçsa da manyak sakit halda asta-asta yeriyir və nədənsə həmişə qurbanın qarşısına çıxır.

6. Manyakların əksəriyyəti tamaşaçının onların öldüyünü zənn etdiklərindən sonra dirilir.

7. Manyak olan yerdəsinizsə telefonu bir kənara qoya bilərsiniz,onsuz da şəbəkə olmayacaq.

8. Bəzi bank soyğunundan bəhs edən filmlərdə adama elə gəlir ki oğrular maskanı ancaq gəldikləri furqondan banka qədər getmek üçün taxırlar. Bankda isə nədənsə əksər soyğunçular maskaların çıxarır.

9. Təbiət hadisələrindən ən çox və ən tez əziyyət çəkən Azadlıq heykəlidir.

10.Maşının mühərriki həmişəən son anda işə düşür.

11. Əgər kimsə kimi isəöldürməzdən əvvəl uzun-uzadı danışmağa başladısa, deməli bu qətl baş tutmayacaq.

Hollivud Filmlərində Tez-tez Rast Gəldiyimiz Şablonlar

RƏYLƏR
  1. alara
    • alara
    • 18 Ocak 2016 19:07
    vallah bircedenesini oxudum sebrim catmadi
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.