"Müsahibə"

20 Ağustos 2015
1 333
0
"Müsahibə"
"Müsahibə"

Siz istədiniz məndə yazdım yalanlardan!
- Bezmədinizmi özünüzə yalanlar danışmaqdan? Səhv insana məxsusdur, sizə yox. Çünki siz insan deyil, qəribə varlıqlarsınız.
Başqa mövzu tapmadınmı deyə, mənə suallar yağdırmayın! Hər mövzuda siz çıxırsız qarşıma! "Sevgidən" yaz dedilər. Nə olduğunu öyrənmək üçün kitablar oxudum, sonra ətrafa baxdım.Gördüklərim məni təəccübləndirmədi.Yalan,göz yaşı, ürək dolusu xəyanətlər və.s
Artıq qabaqcadan təxmin etmişdim...
"Ədalətdən" yaz dedilər, orda dayandım.Çox cətin mövzudur.Yəni insan görmədiyi hər hansı bir şeyi necə canlandırıb yaza bilər?! Və niyə yazım axı ondan?
Yuxularımda belə sevdiyim qızı maşın vurur, hansı ədalətdən yazım?!

"Vicdan" adlı mövzuya toxundular, gülərək xahiş etdim ki, keç bu mövzunu.Adını əzbərlədiyiniz sözün nə olduğunu mənə sual verməyin!
"Qanun" dedi.Sağıma-soluma baxıb cibinə kağız parçası uzadıb,sus söylədim.Mən nə olduğunu deyərəm, amma səhv başa düşsən, səni aparacaqlar, məni deyil... ( Təbii ki, susdu)
"Nifrət" dedi. Gülərək dedim: Bu qədər sual verincə, Allaha dua etsəydin, bəlkə cənnətə addım atmışdın. Bircə onu deyim, heç kəsə nifrət etmə ki, hər kəsdən üstün ola biləsən. Ən azı bu mövzuda...
"Qatil" deyə sakitcə dilləndi. Nə qatil?! Bir zamanlar bir qız var idi (kədərlə)
- Bəs indi noldu?
+ Bir zamanlar var idi,yuxum gerçək oldu və indi yoxdur!
- Allah rəhmət etsin.Özünümü günahkar bilirsən?
+ Bəli!
- Niyə?
+ Vaxtında danışmalıydım suya yuxumu.Amma qorxdum
- Nədən?
+ Qorxdum ki, onunla bir yerdə aparacaq yuxumu.
- Amma sonda heçnə dəyişmədi.
+ Mən yuxunu gördüyüm üçün özümü günahkar saymıram...
- Bəs nə üçün günahkar hiss edirsən özünü?!
+ Maşını sürən mən idim...
- Çox təəssüf edirəm.

- "Təsadüf" "qismət" bəs bunlar ?
+ Qarşıma çıxdığı hər günü təsadüf sanırdım,bircə yuxudakı maşın qəzasından başqa. Qismətsə barışa bilmədiyim bir mövzudur.Cavabını dəqiq deyə bilmərəm.
- Olar son bir sual verim ?
+ Buyrun.

- Zamanı geri qaytara bilsəydiniz, nə edərdiniz?
+ Nə mənası axı?! Onsuzda eyni yuxunu yenidən təkrarlanacaq...Bəlkədə qismət budur...

- Süleyman Əliyev"Müsahibə"

RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.