Dünya sənin, Dünya mənim, Dünya heç kimin

07 Ekim 2014
3 931
0
Dünya sənin, Dünya mənim, Dünya heç kimin
Dünya sənin, Dünya mənim, Dünya heç kimin

Rəhmətlik şairimiz MƏMMƏD ARAZ və hörmətli müğənnimiz, mahnının bəstəkarı və mahir ifaçısı olan NİYAMƏDDİN MUSAYEVİN yaratdıqları möhtəşəm bir əsər SİZLƏRİN seyrinə təqdim olunur. Diqqətlə baxsanız, ilk sıralarda M.Arazı görə bilərsizniz. Bu əsər həmçinin Ümummilli Liderimiz Heydər Əlirza oğlu Əliyevin də sevdiyi əsər idi. Buyurun, həzz alın...


Bir taleyin oyununda cütlənmiş zərik,
Yüz il qoşa atılsaq da qoşa düşmərik.
Bir zərrənin işığına milyonlar şərik,
Dünya sənin,
Dünya mənim,
Dünya heç kimin...


Bu get-gəllər bazarına dəvədi dünya ,
Bu ömür-gün naxışına həvədi dünya.
Əbədiyə qəh-qəh çəkər əbədi dünya,
Dünya sənin,
Dünya mənim,
Dünya heç kimin...


Çevrəsindən çıxsa əgər sevda fırfıran,
Bir ümidin ətəyindən tutub da fırlan.
Eşidərsən: pıçıldayır yıxılan, duran;
Dünya sənin,
Dünya mənim,
Dünya heç kimin...


Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.