Məşhur kompüter oyunu Bakını döyüş meydanına çevirdi [video]
“Joystiq” portalına istinadən verdiyi xəbərə görə, şirkət relizin 2013-cü ilin payızında baş tutacağını təsdiq edib.
Daha dəqiq tarix hələ ki, açıqlanmır. Serialın növbəti hissəsinin əsasında oyun zamanı qrafika və süni zehni yaxşılaşdırmağa imkan verəcək “Frostbite 3” sürücüsü duracaq. “Videogamer” portalı yazır ki, DICE studiyasından olan oyun yaradıcılarının sözlərinə görə, yeni “Battlefield”in birnəfərlik kampaniyasında əvvəlki oyuna nisbətdə daha az xəttli olacaq. Çünki ona multipleyerdən “əsasünsürlər” əlavə olunacaq. Belə ki, orada səviyyələr daha açıq olacaq ki, bu da oyunçulara böyük hərəkət sərbəstliyi verəcək.
Oyunun baş qəhrəmanı “Tombstone” dəstəsinin Reker adlı iştirakçısı olacaq. “Battlefield 4”də ilk tapşırıq Bakıda həyata keçiriləcək. Oyun qəhrəmanı bura özü dəstə yoldaşı (Pak, İrlandiyalı və Dann) ilə yollanacaq.