24.04.2017 Gündəlik Bürclər (24 Aprel 2017 Günlük Bürclər)
Buğa - İşgüzar və riskli sövdələşmələrdə iştirakınızı təxirə salmağa çalışın. Çünki ixtiyarınızda olan bu təqvim deyilən məsələlər üçün önəmli deyil. Gün ərzində dostlarınızla bir yerdə olun.
Əkizlər - Məqsədlərinizi həyata keçirməkdə bəzi maneələrlə üzləşsəniz də, günün ümumi mənzərəsi istəyinizə uyğun tərzdə canlanacaq. Büdcənizdə artım da mümkündür, amma səhhətinizi qorumalısınız.
Xərçəng - Şəxsi işlərinizdə böyük dönüş gözlənilir. Bu dəyişkən ərəfədə görəcəyiniz işləri reallığa yaxınlaşdırmaq üçün müttəfiqlərinizlə əlaqələri dərinləşdirməlisiniz.
Şir - Perspektivlərinizi reallaşdırmaq istiqamətində tənbəllik edirsiniz. Belə ki, sizə lazım olan bütün gedişləri bildiyiniz halda fəaliyyət göstərmirsiniz. Əzmkarlığınızı artırın.
Qız - Müntəzəm surətdə təmasda olduğunuz adamların obyektiv rəyləri ilə hesablaşmağa çalışın. Məsləhət almaq ayıb iş deyil. Qazanmaq üçün çoxsaylı şanslarınız da mümkündür.
Tərəzi - Səhər saatlarında qeyri-ciddi adamların xoşagəlməz rəftarı ilə üzləşə bilərsiniz. Çalışın ki, belə amillər ovqatınızı korlamasın. Nahardan sonra qonaq getməyə dəyər.
Əqrəb - Bu təqvimdə bəxtinizə fəaliyyət və yeni əlaqələr üçün ən uğurlu məqamlar düşəcək. Odur ki, mövcud potensialınızdan maksimum bəhrələnin. Müqəddəs yerləri ziyarət etmək yaxşı olardı.
Oxatan - Günün ümumi mənzərəsi gərgin olsa da, bunun qarşısını ala bilərsiniz. İlk növbədə səbr nümayiş etdirin. Günün ikinci yarısında isə yalnız istirahət və gəzintilərə meyl edin.
Oğlaq - Başınızdakı yeni ideyaları reallaşdırmağı bacarsanız, uğurlarınız daha da yaxınlaşacaq. Yeganə narahatçılığınız səhhətlə bağlı ola bilər. Büdcənizi boş məsrəflərə xərcləməyin.
Dolça - Çoxdan bəri donub qalmış planlarınızı dirçəltmək üçün bəzi şəxslərə müraciət etməyiniz böyük səmərə verə bilər. Saat 15-dən sonra iştirak etdiyiniz bütün görüşlər xeyrinizədir.
Balıqlar - Maraqlı görüşlər yolunuzu gözləyir. Güman ki, sizi böhranlı vəziyyətdən çıxara bilən insanlarla qarşılaşacaqsınız. Amma belə məqamlarda təmkinli olun ki, sonda gülə biləsiniz.