Hamamdan çıxandan sonra saça qulluğun Düzgün qaydaları

29 Ağustos 2016
2 823
0
Hamamdan çıxandan sonra saça qulluğun Düzgün qaydaları
Saçlarını yuyarkən saç şampunu, saç kremi və saç maskasından istifadə edin. Bəs saçlara qulluq bununla bitirmi? Əlbəttə ki, xeyr! Hamamdan çıxandan sonra da saça qulluq üçün əməl etməli olduğun qaydalar var. Bunun sayəsində daha güclü. Canlı və parlaq saçlara qovuşa bilərsən.

Feat.Az lent.az-a istinadən həmin qaydaları təqdim edir.

Saçları dəsmal ilə qurutmaq


Yaş saçlar həssas olduğu üçün qırılmağa daha meyilli olur. Buna görə də saçlarınızı dəsmalla sərt ovalamaq yerinə hamamdan çıxanda dəsmalla sarıyaraq nəminin keçməsini gözləyin.

Nazik davranın


Saçları yuduqdan sonra darayarkən əvvəlcə baxım yağı və ya maye saç kremi sürtün. Beləcə saçları darayarkən qırılmaz. Darayarkən də yavaş şəkildə darayın.

Masaj edin


Masaj yağını saçlarınıza sürtdükdən sonra barmaq ucları ilə dariəvi hərəkətlərlə saç diblərinə masaj edin. Beləcə masaj tətbiq edərək xoşbəxtlik hormonlarını da aktivləşdirmiş olarsınız. Dərindən nəfəs almağı da unutmayın.

Elektriklənməsini əngəlləyin


Saçların elektriklənməsini əngəlləmək üçün saç spreyi istifadə edin. Həm də saçları nəmləndirən kolagen tərkibli şampun və saç kremləri də bu problemi həll edəcək.

Saç şəkilləndirmə


Saçlarınızı qurudub şəkilləndirin, amma daha həcmli görünməsini istəyirsən? O zaman daha dolğun bir təsir yaratmaq üçün həcmverici spreyi yuxarıdan aşağıya doğru deyil, aşağıdan yuxarı doğru sürtün.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.