Hər gün saç yumağın zərərləri

06 Mart 2017
1 762
0
Hər gün saç yumağın zərərləri
Hər gün saçlarınızı yumaq saçınızın struktur xüsusiyyətini pozaraq mat və qeyri-sağlam görünməsinə yol aça bilər.

Bundan əlavə saçlarınızı nə qədər tez yusanız saçlar bu tempə uyğunlaşaraq o qədər tez yağlanır. Saçın yağlanılması saçın özünü qoruması üçün ifraz etdiyi mayenin artırması deməkdir. Siz bu qoruyucu faktoru hər səfərində ortadan qaldırdığınızda saçlar nəmsiz qalaraq daha çox köhnələr. Çox yuyulan saçlarda daha çox kəpəklənmə, yağlanma və saç tökülmələri görülə bilər.


Feat.Az-ın məlumatına görə, saçlarınızı yenə də hər gün yumaq məcburiyyətindəsinizsə, saçların təbii quruluşunu pozmamaq üçün bəzi qulluq növlərinə diqqət göstərməlisiniz.

– Həftədə bir dəfə isti yağ baxımı ilə saçlarınızdakı yağ miqdarını tarazlaşdırın. Zeytun yağını yüngül isidərək saçlarınıza sürtün və 15-20 dəqiqə gözlədib sonra saçlarınızı şampunla yuyun.

– Əgər saçınızı hər gün yumaq mövzusunda təkid edirsinizsə, onda hər yuduğunuzda şampun istifadə etməyin.

– Şampun alarkən məzmununa diqqət edin. Kimyəvi maddələr saçların təbiiliyini daha tez pozur.

-Saçlarınızı xüsusi nəmləndiricilərlə mütəmadi olaraq nəmləndirməyi unutmayın.

– Hər saçlarınızı yuduqdan sonra saç kremlərindən istifadə etməyi unutmayın. Bu kremlər saçların elastikliliyini təmin edərək daha asan daranmasını təmin edir. Eyni zamanda da saç qırılmalarının qarşısını alır.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.