Dünya liderlərinin seçilən xanımları – CAZİBƏDAR ONLUQ

26 Nisan 2017
2 015
0
Dünya liderlərinin seçilən xanımları – CAZİBƏDAR ONLUQ
Elə bilirsiniz dünyanın xanım liderləri arasında təkcə şahzadə Diana və Kembric hersoginyası Keyt Middleton gözəlliyi ilə bütün dünyanı özünə aşiq edir? Əslində elə deyil.

Əksər dünya liderlərinin xanımları öz qadınlığı və cazibəsi ilə hər kəsi heyran qoyur. Bu qadınlar gözəllikləri, ideal xarici görünüşləri ilə yanaşı ağlı, müdrikliyi və uzaqgörənliyi ilə də öyünə bilərlər. Əks halda, bir prezident və ya şahzadənin xanımı olmaq mümkün olmazdı.

Feat.Az bildirir ki, “woodzy.me” saytı 10 dünya liderinin cazibədar xanımlarının siyahısını tərtib edib. Onların sırasında Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva da var. Ailem.az həmin materialı təqdim edir.


Braziliya prezidenti Mişel Temerin xanımı Marsela Tedeski

Dünya liderlərinin seçilən xanımları – CAZİBƏDAR ONLUQ

Braziliya prezidenti Mişel Temer xanımından 42 yaş böyükdür. Ancaq Braziliyada bu yaş fərqi heç kimi təəccübləndirmir. Bizə baxmayın, orda bu normal qəbul edilir. Marsela vaxtilə modellik edib.

İspaniya kraliçası Litisiya Ortis Rokasolano

Dünya liderlərinin seçilən xanımları – CAZİBƏDAR ONLUQ

İspaniya kralı VI Filip gələcək həyat yoldaşını ekranda görüb aşiq olub. O vaxtlar Litisiya xəbərlər proqramının aparıcısı idi və məşhurluqda kraldan heç də geri qalmırdı. Bir müddət sonra onlar evlənirlər. Ancaq tacqoyma mərasimi 10 il sonra keçirilir və Litisiya İspaniya kraliçası olur.

Azərbaycan prezidenti İlham Əliyevin xanımı Mehriban Əliyeva

Dünya liderlərinin seçilən xanımları – CAZİBƏDAR ONLUQ

Mehriban Əliyeva təkcə ölkənin birinci xanımı deyil. O, həm də Azərbaycanın birinci vitse-prezidentidir

Mərakeş şahzadəsi Lalla Salma

Dünya liderlərinin seçilən xanımları – CAZİBƏDAR ONLUQ

Dördüncü Məhəmməd onun möhtəşəm gözəlliyinə aşiq olmaya bilməzdi. Həm də Lalla sadəcə gözəlliyi ilə deyil, sahib olduğu ağlı ilə də hər kəsi heyran qoyur. Ailə qurmazdan əvvəl mühəndis işləyib. İndi də xeyriyyə işi ilə məşğuldur.

Butan knyazlığının kraliçası Çepun Pema Vanqçuk

Dünya liderlərinin seçilən xanımları – CAZİBƏDAR ONLUQ

Butan knyazlığının beşinci kralı ilə evlənəndə Cepunun cəmi 21 yaşı vardı. Monarx əmindir ki, illərlə qazanacağı müdriklik sayəsində o, bütün zamanların ən görkəmli kraliçası olacaq.

Şimali Koreyanın prezidenti Kim Çen İnin xanımı Li Sol Çju

Dünya liderlərinin seçilən xanımları – CAZİBƏDAR ONLUQ

Bəlkə də dünyanın ən sirli birinci ledisidir. Onun haqqında demək olar ki, heç bir məlumat yoxdur. Deyilənə görə, əvvəl peşəkar müğənni olub, indi isə iki uşağına analıq edir.

Qabon Respublikasının prezidenti Ali Bonqo Ondimbadanın xanımı Silviya Bonqo

Dünya liderlərinin seçilən xanımları – CAZİBƏDAR ONLUQ

Silviya prezidentlə evlənməsəydi, yenə də çox uğur qazanardı. Çünki bu gözəl xanım həm də çox bacarıqlı biznes ledidir. Özünün yaxşı gəlir gətirən bir şirkəti olub. Hazırda xeyriyyə layihələrinin təşkilatçısıdır.

Monakko şahzadəsi Şarlen Uittstok

Dünya liderlərinin seçilən xanımları – CAZİBƏDAR ONLUQ

Bu xanım da evləndikdən sonra məşhur olmayıb. Şahzadə olmazdan əvvəl bacarıqlı üzgüçü idi və olimpiya yarışlarında iştirak edirdi. İndi isə xeyriyyə işləri ilə məşğul olur.

Meksikanın dövlət başçısı Enrike Penya Nyetonun xanımı Angelika Rivera

Dünya liderlərinin seçilən xanımları – CAZİBƏDAR ONLUQ

Bu xanım əri Meksikanın dövlət başçısı seçilməzdən əvvəl tanınırdı. O, Meksika seriallarının məşhur aktrisalarından biridir. Bir zamanlar Azərbaycanda da məşhur olan “Sadəcə Mariya” serialında da çəkilib. Birinci evliliyindən 3 övladı var.

İordaniya kraliçası Ranioya əl Abdulla

Dünya liderlərinin seçilən xanımları – CAZİBƏDAR ONLUQ

Artıq 20 ilə yaxındır ki, böyük siyasətdədir. Heç bir böyük məsuliyyətdən boyun qaçırmır, ölkənin daxili və xarici siyasətinə dair bütün məsələlərdə fəal iştirak edir.
lent.az

RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.