"Barselona" "Real"a çatdı

09 Şubat 2017
2 018
0
"Barselona" "Real"a çatdı
İspaniya Kral Kubokunda "Atletiko"nu (2:1, 1:1) mübarizədən kənarlaşdıraraq finala vəsiqə qazanan "Barselona" əzəli rəqibi "Real"ın rekordunu təkrarlayıb.

Feat.Az xəbər verir ki, Kataloniya təmsilçisi 39-cu dəfə finala yüksəlməklə "kral klubu"na çatıb.

Ancaq fərq ondadı ki, "Real" 39 finalın 19-da qalib gəlibsə, "Barselona" 38 həlledici görüşün 28-də kuboku muzeyinə apara bilib.

Digər tərəfdən son 8 ildə 6-cı dəfə finala adlayan "Barsa" həm də ardıcıl 4-cü final matçına çıxacaq. Komanda finalda qalib gələrsə, İspaniya Kral Kubokunu ardıcıl 3-cü dəfə qazanmış olacaq.

Qeyd edək ki, İspaniya Kral Kubokunda yarımfinal mərhələsinin digər cütlüyündə "Alaves"lə "Selta" bu gün üz-üzə gələcək. İlk matçda qolsuz bərabərlik qeydə alınıb.

apasport.az

RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.