"Real Madrid"-"Atletiko Madrid" : Çempionlar Liqası finalı bu axşam!

28 Mayıs 2016
3 050
0
"Real Madrid"-"Atletiko Madrid" : Çempionlar Liqası finalı bu axşam!

"Real Madrid"-"Atletiko Madrid" : Çempionlar Liqası finalı bu axşam!
Bu gün UEFA Çempionlar Liqasının final matçı keçiriləcək. Feat.az saytının məlumatına görə, bununla da Avropada futbol mövsümünə rəsmən yekun vurulacaq.

Milanda keçiriləcək final qarşılaşmasında Madrid şəhərinin 2 klubu – “Real” və “Atletiko” üz-üzə gələcək. “San Siro”da baş tutacaq Madrid derbisində kimin qalib ayrılacağı maraqla gözlənilir.

Rəqibinə nisbətən Çempionlar Liqası təcrübəsi daha çox olan və bu nüfuzlu turniri ən çox qazanan “Real” həlledici qarşılaşmanın favoriti hesab olunur. “Kral klubu” bu vaxta qədər 10 dəfə bu turnirin qalibi olub ki, bu da rekord göstəricidir.


Çempionlar Liqası
Final
28 may

22:45. “Real” (Madrid, İspaniya) – “Atletiko” (İspaniya)

Baş hakim: Mark Klattenburq
Köməkçi hakimlər: Simon Bek, Ceyk Kollin
Əlavə köməkçi hakimlər: Entoni Teylor, Andre Marriner (hamısı İngiltərə)
Dördüncü hakim: Viktor Kaşşai (Macarıstan)
Milan. “San Siro” stadionu
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.