"Qəbələ"nin Avroliqa oyunları Bakıda!

28 Mayıs 2016
1 729
0
"Qəbələ"nin Avroliqa oyunları Bakıda!

"Qəbələ"nin Avroliqa oyunları Bakıda!
"Qəbələ” Avropa Liqasında ev oyunlarını doğma stadionda keçirə bilməyəcək. Feat.Az-ın Sportnet.az-a istinadən yaydığı xəbərə görə bu haqda məlumat verən klubun baş meneceri Zaur Əzizov avrokuboklarda rəqiblərini Qəbələdən kənarda qəbul etməli olacaqlarını bildirib.

Bu, ötən mövsümdə olduğu kimi Bakıda olacaq. Ancaq "Qəbələ” bu dəfə elə ilk təsnifat mərhələsindən paytaxtda oynamalı olacaq: "UEFA-nın Qəbələ şəhər stadionunda tribunalarla bağlı qadağı üzündən orada çıxış edə bilməyəcəyik. Əslində, qadağa o şəkildədir ki, hərəkət edən həmin tribunalarda tamaşaçı olmasın. Bu da öz stadionumuzda az adamın olması deməkdir. Ona görə də Bakıda oynamağı daha məqsədəuyğun saydıq”.

"Qəbələ” ötən mövsüm Tiflis "Dinamo”suna öz stadionunda qalib gələrək tarixində ilk dəfə avrokuboklarda mərhələ adladıqdan sonra paytaxta üz tutub. Halbuki, həmin tribuna qadağası olmasaydı, "qırmızı-qaralar”ın ilk 2 təsnifat mərhələsinin oyunlarını orada keçirməsi nəzərdə tutulmuşdu. "Qəbələ” "Bakcell Arena”da təkcə 3 təsnifat mərhələsi yox, qrup matçlarını da keçirdi. Ancaq onda "Neftçi” Avropa Liqasında artıq mübarizəni dayanırdığından həmin stadion boş idi. Bu dəfə isə "ağ-qaralar” Avropa Liqasında təmsilçilərimizdən biridir. Əzizov isə bildirib ki, "Bakcell Arena” variantlardan biridir: "Bakıdakı digər stadionları da nəzərdən keçiririk. Hələ yekun seçimi etməmişik”.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.