Klublarımızın Avropa Kuboklarında ilk oyunları

17 Mayıs 2016
1 413
0
Klublarımızın Avropa Kuboklarında ilk oyunları
2016/17 mövsümündə Azərbaycanı Avropa Liqasında təmsil edəcək klubların ilk oyunlarının vaxtı bəllidir.

Klublarımızın Avropa Kuboklarında ilk oyunları

Feat.az-ın Qol.az-a istinadən yaydığı xəbərə görə, Çempionlar Liqasında yarışacaq “Qarabağ” mübarizəyə ikinci təsnifat mərhələsindən başlayacaq. UEFA-nın saytının məlumatına görə, bu mərhələnin ilk oyunları iyulun 12-13-də, cavab matçları isə həmin ayın 19-20-də keçiriləcək.

Avropa Liqasında ölkəmizi bu mövsüm təmsil edəcək üç klubun (“Qəbələ”, “Kəpəz”, “Neftçi” və ya AZAL ) hamısı mübarizəyə birinci təsnifat mərhələsindən start verəcək. Bu mərhələdə ilk oyunlar iyunun 30-na, cavab qarşılaşmaları isə iyulun 7-nə nəzərdə tutulub.

Azərbaycan klublarının rəqiblərinin adına isə iyunun 22-də UEFA-da keçiriləcək püşkatmada aydınlıq gələcək.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.