"Qarabağ"ın rəqibi bəlli oldu! Arzulanan rəqib oldu!

20 Haziran 2016
1 657
0
"Qarabağ"ın rəqibi bəlli oldu! Arzulanan rəqib oldu!

Bütün Avropanın diqqəti Fransada keçirilən qitə çempionatının final mərhələsində olsa da, 39 ölkənin nəzərləri bu gün bir neçə saatlıq İsveçrəyə yönələcək. Feat.az-ın Apasport.az saytına istinadən məlumatına görə, buna səbəb Avrokubokların 2016/17 mövsümünün ilk iki təsnifat mərhələsinin Nyonda keçiriləcək püşkatmasıdı.

UEFA reytinqində ilk “15-lik”dən kənarda olanların iştirak edəcəyi mərhələlərin püşkatması həmişəki kimi qitənin ən nüfuzlu klub turniri ilə başlayacaq. Çempionlar Liqasında mövsümün ilk püşkatması Bakı vaxtı ilə saat 14:00-da başlayacaq. Bu turnirdə 38 çempionun rəqibləri bəlli olacaq.

Qurumun mənzil qərargahındakı tədbir I təsnifat mərhələsinin püşkü ilə start götürəcək. UEFA reytinqinin 47-54-cü ölkələrinin çempionları 4 cüt təşkil edəcək. Püşköncəsi bu 8 komanda da iki səbətə bölünüb. Bu mərhələnin oyunları iyunun 28-29 və iyulun 5-6-da baş tutacaq.

Ardınca II təsnifat mərhələsinin püşkü atılacaq. Reytinqdə 16-46-cı olanların (Lixtenşteyn istisnadı) çempionları və I raundun 4-cütü hərəsində 17 komanda olmaqla 2 səbətə bölünəcək.

Ardıcıl 3-cü dəfə Azərbaycanı Çempionlar Liqasında təmsil edən “Qarabağ” da bu mərhələnin 17 səpələnmiş komandasında biri olacaq. Bu isə o deməkdi ki, Ağdam təmsilçisi digər səbətdəki 13 klub və 3 cütlüklə, yəni 19 komandadan biri ilə düşə bilər. Yalnız Ermənistan çempionunun yer alacağı cüt təmsilçimizə rəqib ola bilməz.

Püşkatmadan bir neçə saat əvvəl UEFA səbətlərdəki komandaları qruplara böləcək. Bununla da hər klubun mümkün rəqiblərinin siyahısı daralacaq.

“Qarabağ”ın mübarizəyə başlayacağı II təsnifat mərhələsinin oyunları iyulun 12-13-də və 19-20-də keçiriləcək.

Çempionlar Liqası

II təsnifat mərhələsi

13:19
Artıq "Qarabağ"ın 5 potensial rəqibi müəyyənləşib. Ağdam təmsilçisi II təsnifat mərhələsində məhz 5 klubdan biri ilə qarşılaşacaq: “Hapoel” (Beyer-Şeva, İsrail), “Liepaya” (Latviya), “Olimpiya” (Sloveniya), “Ddüdelanj” (Lüksemburq), “Vardar” (Makedoniya)

14:15
"Qarabağ" klubunun rəqibi bəlli olub. Feat.Az-ın məlumatına görə bu cırtdan ölkələrdən hesab olunan Lüksemburqun "Düdelanj" komandasıdır.





Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.