Millimizin Dünya Çempionatındakı rəqibləri nə zaman bəlli olacaq?

19 Mayıs 2016
1 270
0
Millimizin Dünya Çempionatındakı rəqibləri nə zaman bəlli olacaq?

Millimizin Dünya Çempionatındakı rəqibləri nə zaman bəlli olacaq?
Kolumbiyada təşkil olunacaq futzal üzrə dünya çempionatının final mərhələsinin püşkatma mərasiminin vaxtı dəqiqləşib. Feat.Az-ın Apasport.az saytına istinadən verdiyi məlumata görə, Kolumbiyanın Medelyin şəhərindəki tədbir yerli vaxtla mayın 19-da saat 18:00-da başlayacaq.

Azərbaycanla Cənubi Amerika arasında 9 saatlıq fərq olduğundan tədbir Bakı vaxtı ilə mayın 20-də saat 03:00-da start götürəcək. Tədbir “Plaza Mayor Conference Centre”də keçiriləcək.

Püşkatmada tarixində ilk dəfə mundiala qatılacaq Azərbaycan millisinin də rəqibləri bəlli olacaq.

Qeyd edək ki, sentyabrın 10-dan oktyabrın 1-dək Kolumbiyanın 3 şəhərində keçiriləcək çempionatda 24 komanda mübarizə aparacaq. Onlar qrup mərhələsində 6 “dördlüy”ə bölünəcək. Millimiz püşkatmada sonuncu səbətdə qərarlaşacaq.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.