Vergilər Nazirliyi sahibkarlara vergini könüllü 4%-dən 8%-ə qaldırmağı tövsiyyə edir
Feat.Az-ın baku.ws-ə istinadən məlumatına görə, vergi ödəyicilərinə Vergi Məcəlləsinin 218,1.2-ci maddəsinin tələblərinə uyğun qeydiyyat haqqında könüllü ərizə verilməsi barədə bildiriş göndərilib.
Həmin bildirişdə qeyd edilir: "ƏDV qeydiyyatına durmaq öhdəliyinizin bu olmadığı halda ticarət və ya ictimai iaşə fəaliyyəti ilə məşğulsunuzsa müvafiq olaraq 6 və 8 % dərəcəsi ilə sadələşdirilmiş vergi ödəyicisi kimi qeydiyyatdan keçmək öhdəliyinizin yarandığı ehtimal olunur".
Sadə dillə desək, Vergilər Nazirliyi vergi ödəyicilərindən könüllü olaraq sadələşdirilmiş vergini 4% deyil, 6-8% həcmində ödənilməsinə razılıq verməsini tövsiyyə edib.
Sözügedən bildirişi oxucularımıza təqdim edirik: