Gürcüstan İspaniyanı məğlub edib
İspaniya millisi "Avro-2016"nın final mərhələsi öncəsi sonuncu yoldaşlıq oyununu keçirib.
Feat.az-ın məlumatına görə, Visente del Boskenin komandası Gürcüstan millisi ilə qarşılaşıb.
Oyunda sürpriz nəticə qeydə alınıb. Belə ki, son Avropa çempionu Gürcüstana minimal hesabla uduzub – 0:1. Qarşılaşmada yaganə qolu 40-cı dəqiqədə Tornike Okriashvili vurub.
Qeyd edək ki, ispanlar “Avro-2016”da ilk oyununu iyunun 13-də Çexiyaya qarşı keçirəcək.